Səttar Bəhlulzadənin əsərləri satışda: 18 milyon dollar
Azərbaycanın məşhur rəssamlarının əsərləri eBay internet mağazasında satışa çıxarılıb.
MANERA.AZ xəbər verir ki, məşhur rəssam Səttar Bəhlulzadənin 650 ədəd əsəri 18,5 milyon dollara təklif edilir.
Daha sonra, Mikayıl Abdullayevin iki (190 min və 195 min dollara), Böyükağa Mirzəzadənin bir (260 min dollara), Toğrul Nərimanbəyovun bir (34 min dollara), Əli Verdiyevin bir (900 dollara) əsəri də satışdadır.
Bildirilib ki, bu rəsm əsərlərinin orijinal olduğu haqda Azərbaycan Dövlət Muzeyinin rəsmi sertifikatı var.
Qeyd edək ki, S.Bəhlulzadənin rəsmlərini onlayn mağazalarda “Tolga & Sons Art Gallery” şirkəti satışa çıxarıb. Sözügedən şirkət türk incəsənət kolleksiyaçıları tərəfindən təsis olunub və hazırda da bu sahədə fəaliyyətini davam etdirir.
SETTAR BEHLULZADE COLLECTION OF 650 PAINTINGS.