manera.az
manera.az

14 yaşlı yazıçının ilk kitabı nəşr edildi - FOTO

📅 10.01.2023 12:04

14 yaşlı yazıçının ilk kitabı nəşr edildi - FOTO
“Gənc İstedadlar” Liseyinin 9-cu sinif şagirdi Selcan Kərimlinin “Arzu” adlı hekayələr kitabı nəşr edilib.

MANERA.AZ xəbər verir ki, bu, gənc yazıçının ilk kitabıdır. Kitaba Selcanın 10 hekayəsi, 1 essesi və hələ üç yaşında yazdığı 1 şeiri daxil edilib.

İndiyədək onun hekayə və esseləri bir çox qəzet, jurnal və saytlarda dərc edilib, oxucuların marağına səbəb olub.

Onu da qeyd edək ki, bu kitaba Selcanın yalnız 12 yaşa qədər yazdığı hekayələr daxil edilib.

Selcan Kərimli 12 fevral 2008-ci ildə Bakı şəhərində anadan olub. Uşaq yaşlarından incəsənətə, ədəbiyyata maraq göstərməyə başlayıb. Azərbaycan Dövlət Televiziyasının uşaq verilişlərində şeir söyləyib, rəqs edib və mahnı oxuyub. Gimnastika üzrə müxtəlif respublika və beynəlxalq yarışlarda iştirak edib və dəfələrlə qələbə qazanıb.

14 yaşlı yazıçının ilk kitabı nəşr edildi - FOTO


Baxış sayı - 394 | Yüklənmə tarixi: 10.01.2023 12:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031