manera.az
manera.az

Nazir rektorları topladı - MİQ imtahanları müzakirə edildi

📅 21.12.2022 07:50

Nazir rektorları topladı - MİQ imtahanları müzakirə edildi
Dekabrın 20-də elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.

Nazirlikdən MANERA.AZ-a verilən məlumata görə, görüşdə ali təhsil sisteminin gələcək inkişaf perspektivləri, mövcud resurslardan düzgün istifadə, yeni mexanizm və alətlərin yaradılması müzakirə edilib.

Eyni zamanda əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanması, davamlı keyfiyyətli təhsilin təmin edilməsi, universitetlərin elm və tədqiqat sahəsi ilə bağlı inkişaf planları barəsində fikir mübadiləsi aparılıb.

Görüş zamanı İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov 2014-2020-ci illər ərzində bakalavriat səviyyəsi üzrə məzun olan tələbələrin məşğulluğu, Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov isə pedaqoji profilli ixtisaslar üzrə ali təhsil müəssisələrindən məzun olmuş tələbələrin 2022-2023-cü tədris ilində keçirilmiş MİQ imtahanlarındakı nəticələrinə dair statistik təhlili iştirakçıların diqqətinə çatdırıb.

Görüşün sonunda müzakirə edilən məsələlərə dair rəy və təkliflər səsləndirilib.


Baxış sayı - 780 | Yüklənmə tarixi: 21.12.2022 07:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031