manera.az
manera.az

Bu türk ölkəsi latın əlifbasına keçir - Qərar

📅 19.02.2021 12:13

Bu türk ölkəsi latın əlifbasına keçir - Qərar
Özbəkistan 2023-cü il yanvarın 1-dən tam olaraq latın qrafikasına keçəcək.

Manera.az xəbər verir ki, bu haqda Özbəkistan hökuməti qərar qəbul edib.

Bununla bağlı qəbul olunan sənəddə deyilir ki, ilk növbədə kargüzarlıq işləri, şəxsiyyət vəsiqələri, İD kartlar, xarici vətəndaşlara ölkədə yaşamaq hüququ verən və vətəndaşlığı olmayanların vəsiqələri, işgüzar sənədlər, müxtəlif blanklar, təşkilat, küçə, həmçinin yer adları, reklam və elanlar latın qrafikasına keçiriləcək.

Bundan başqa, normativ-hüquqi aktlar, mərkəzi qəzetlər, elektron KİV, internet saytlar, nəşriyyatlar və poliqrafiya şirkətləri mərhələli şəkildə latın qrafikasından istifadəyə başlayacaq.

Qeyd edək ki, Qazaxıstan da 42 hərfdən ibarət olan və 80 ildir istifadə olunan kiril əlifbasından imtina edərək, 31 hərfdən ibarət Latın əlifbasına keçəcək. Yeni əlifbanın tətbiqi ilə bağlı bütün rəsmi prosesin 2025-ci ilə qədər tamamlanması planlaşdırılır.


Baxış sayı - 683 | Yüklənmə tarixi: 19.02.2021 12:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031