Moldovada Kamal Abdullanın romanlarının təqdimatı keçirilib

Moldovanın paytaxtı Kişinyovda İyon Kryange adına Dövlət Pedaqoji Universitetində Azərbaycan Xalq yazıçısı, akademik Kamal Abdullanın rumın dilində “Sehrbazlar dərəsi” və “Yarımçıq əlyazma” romanlarının təqdimatı keçirilib.
MANERA.AZ xəbər verir ki, təqdimatda çıxış edən səfir Qüdsi Osmanov, Moldovanın hakim Hərəkat və Həmrəylik Partiyasından olan deputat Vitaliy Jakot, rumın dilinə kitabın tərcüməçisi, filologiya elmləri doktoru, publisist Lyudmila Bejenaru Kamal Abdullanın yaradıcılığı barədə geniş danışıblar.
Qeyd ediblər ki, bu kitablar Azərbaycan və Moldova arasında ədəbiyyat sahəsində inkişafa böyük töhfə verəcək.
Tədbirin sonunda təqdimatın keçirilməsində xidməti olanlara təşəkkürünü bildirən müəllif Kamal Abdulla “Sehrbazlar dərəsi” və “Yarımçıq əlyazma” romanlarının yaranma tarixi haqqında danışıb.
Kitabların təqdimatı müəllif, tərcüməçi və auditoriya arasında maraqlı diskussiya ilə davam edib. Sonra Kamal Abdulla qonaqlar üçün kitablarını imzalayıb.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.