manera.az
manera.az

XVI əsrə aid rəsm əsəri hərraca çıxarılacaq

📅 29.10.2022 10:36

XVI əsrə aid rəsm əsəri hərraca çıxarılacaq
İtalyan rəssamı Tiziano Vecellionun “Venera və Adonis” adlı kətan üzərindəki rəsm əsəri dekabrın 7-də Londonda “Sotheby's” hərrac evində hərraca çıxarılacaq.

MANERA.AZ lenta.ru saytına istinadla xəbər verir ki, lot ilkin olaraq 12 milyon funt sterlinq dəyərində qiymətləndirilib.

Rəsm əsəri ustadın qədim Roma şairi Ovidinin “Metamorfozalar” poemasının qəhrəmanları Venera və Adonisin faciəvi hekayəsini əks etdirən yeddi əsərdən ibarət silsiləsinin bir hissəsidir.

“Sotheby's” hərrac evinin qərarına görə, əsər rəssamın indiki dövrdə satılacaq ən qiymətli rəsmidir.

Qeyd edək ki, rəssamın sonradan yaratdığı rəsmlərin bir neçə variantı London Milli Qalereyasında, Los-Ancelesdəki “Getti” Muzeyində, Madriddəki “Prado” Muzeyində, Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyində, Oksforddakı “Eşmol” Muzeyində, Vaşinqton Milli İncəsənət Qalereyasında və Romadakı Milli Qədim İncəsənət Qalereyasında saxlanılır.


Baxış sayı - 478 | Yüklənmə tarixi: 29.10.2022 10:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930