manera.az
manera.az

Xurşidbanu Natəvanın 190 illik yubileyi keçirildi - FOTO

📅 28.10.2022 06:47

Xurşidbanu Natəvanın 190 illik yubileyi keçirildi - FOTO
Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşəbbüsü və BMM-in təşkilatçılığı ilə Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyinə həsr olunmuş "Xurşidbanu Natəvan 190 - Muğam və qəzəl gecəsi" adlı tədbir keçirilib.

MANERA.AZ xəbər verir ki, konsert gecəsində mədəniyyət və incəsənət xadimləri, ədəbiyyat nümayəndələri iştirak edib.

Tədbirin aparıcısı Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi Natəvan yaradıcılığından söz açıb.

Sonra Əməkdar mədəniyyət işçisi, yazıçı, Xurşudbanu Natəvan haqqında kitab və məqalələrin müəllifi Mustafa Çəmənli şairənin yaradıcılığı və irsi haqqında geniş məlumat verib.

Çıxışlardan sonra BMM-nin solistləri Elgiz Əliyev, Vəfa Orucova, Könül Xəlilzadə, Könül Məmmədli, Nisbət Sədrayeva, gənc xanəndələr Rəvan Qaçayev və Murad Laçının Natəvan yaradıcılığından seçmə qəzəllərini muğam üzərində ifa ediblər.

İfalardan öncə sözügedən qəzəllər Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən qiraət edilib.

Xurşidbanu Natəvanın 190 illik yubileyi keçirildi - FOTO
Xurşidbanu Natəvanın 190 illik yubileyi keçirildi - FOTO


Baxış sayı - 523 | Yüklənmə tarixi: 28.10.2022 06:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031