manera.az
manera.az

Bu müəllimlər yerdəyişmədə iştirak edə bilməz

📅 05.05.2021 16:40

Bu müəllimlər yerdəyişmədə iştirak edə bilməz
Mayın 5-də ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu başlayır.

Lakin yerdəyişmə bütün müəllimlərə şamil edilmir.

Manera.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir.

Həmin şəxslər yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.

Qeyd edək ki, cari tədris ilində müddətsiz müqavilə əsasında işə qəbul olunan şəxslər də müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edə bilərlər.

Həmçinin, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.

Xatırladaq ki, müsabiqəyə elektron sənəd qəbulu 5-16 may tarixlərini əhatə edir.


Baxış sayı - 681 | Yüklənmə tarixi: 05.05.2021 16:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031