manera.az
manera.az

Azərbaycan Dövlət Aqrar Universitetinə yeni təyinat olub

📅 10.09.2022 12:07

Azərbaycan Dövlət Aqrar Universitetinə yeni təyinat olub
Azərbaycan Dövlət Aqrar Universitetinə rektor əvəzi təyin olunub.

MANERA.AZ xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə universitetin ümumi işlər üzrə prorektoru Zəfər Qurbanov gətirilib. O, universitetin kollektivinə təqdim edilib.

Qeyd edək ki, sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib. O, 2013-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində çalışırdı.


Baxış sayı - 649 | Yüklənmə tarixi: 10.09.2022 12:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930