manera.az
manera.az

Amerikalı mütəxəssis MDU-də fəaliyyət göstərəcək

📅 19.08.2022 09:25

Amerikalı mütəxəssis MDU-də fəaliyyət göstərəcək
Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşlıq etdiyi Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi (Virtual Youth Business Hubs International Network - VEHUB4YOU) layihəsi Avropa İttifaqının Erasmus+ proqramının qalibi elan edilib. Gənclər sahəsində potensialın gücləndirilməsinə, əməkdaşlıq və mübadiləyə dəstək göstərən yeni layihənin 36 ay ərzində icra edilməsi nəzərdə tutulur.

Manera.az xəbər verir ki, layihənin koordinatoru qismində İtaliyanın Floggia Universiteti (UNIFG) çıxış edəcək. Layihənin tərəfdaşları arasında Azərbaycandan MDU, Latviyadan RISEBA Tətbiqi Elmlər Universiteti, Ukraynadan Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti (KNUTD), Sosial və İqtisadi Təşəbbüslər İnstitutu (ISEI) və Kiyev Təhsil, Təlim və Gənclər Mərkəzi (KETYC) yer alıb.

Layihənin əsas məqsədi virtual mübadilə texnologiyalarından istifadə yolu ilə biznes üzrə bilikləri Avropa İttifaqından Ukrayna və Azərbaycan gənclərinə ötürməkdir.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da Erasmus+ proqramı çərçivəsində həm potensialın gücləndirilməsi, həm də tələbə və müəllim mübadiləsi layihələrində fəal iştirakına xüsusi diqqət yetirilir.


Baxış sayı - 343 | Yüklənmə tarixi: 19.08.2022 09:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031