manera.az
manera.az

“Virtual məktəb”də müəllimlər üçün təlimlər başlayır

📅 08.07.2020 11:42

“Virtual məktəb”də müəllimlər üçün təlimlər başlayır
İyulun 12-dən “Virtual məktəb”də müəllimlər üçün fənlər üzrə ixtisas hazırlığı təlimlərinə start veriləcək.

Təhsil Nazirliyindən Manera.az-a verilən xəbərə görə, təlimlərin keçirilməsində məqsəd müəllimlərə işə qəbul, sertifikasiya və diaqnostik qiymətləndirilmə üzrə təşkil ediləcək imtahanlara hazırlıq üçün dəstək göstərməkdir.

Təlimlər hər həftənin çərşənbə və bazar günləri Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif, riyaziyyat, informatika, fizika, biologiya, coğrafiya, ingilis dili, rus dili, fransız dili olmaqla 10 ixtisas üzrə keçiriləcək.

Təlimlər barədə ətraflı məlumat hər həftə “Virtual məktəb”in rəsmi “Facebook” səhifəsində paylaşılacaq. Müəllimlər tədbirin linkinə keçid etməklə qeydiyyatdan keçmədən canlı görüşdə iştirak edə biləcəklər.

Ödənişsiz formada təşkil olunacaq bu təlim xidmətindən Azərbaycan və rus bölmələri üzrə müəllimlər faydalana bilərlər.

Qeyd edək ki, yuxarıda adları qeyd olunan təlimlərlə yanaşı, “Virtual məktəb”də müəllimlərin peşəkar inkişafı məqsədi ilə davamlı olaraq “İngilis dilinin danışıq səviyyəsində tədrisi”, “Kurikulumun tədrisi”, “Elmi-texniki biliklərin gündəlik həyatda tətbiqi”, “Rəqəmsal bacarıqların inkişafı”, “Tədrisdə interaktiv alətlərin tətbiqi” kimi təlim və vebinarlar təşkil olunur.


Baxış sayı - 1 767 | Yüklənmə tarixi: 08.07.2020 11:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930