manera.az
manera.az

Yeni tədris ilində bir çox yeniliklər olacaq - Nazirdən açıqlama

📅 15.06.2022 15:41

Yeni tədris ilində bir çox yeniliklər olacaq - Nazirdən açıqlama
"Yeni tədris ilində bir çox yeniliklər olacaq".

MANERA.AZ xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir yeniliklərlə bağlı detalları açıqlamayıb. E.Əmrullayev bu barədə növbəti tədris ilinin əvvəlində danışmağın doğru olduğunu deyib:

"Qısa olaraq onu deyə bilərəm ki, yeni tədris ilində daha çox məktəbə İKT avadanlıqlarının verilməsinə və ondan düzgün istifadəyə diqqət yetiriləcək. Bəzi məktəblərdə bununla bağlı saylar dəqiqləşdirilir. Summativ qiymətləndirmənin, ümumilikdə bütün qiymətləndirmənin elektron qaydada keçirilməsi və valideynlərlə ünsiyyətin, elektron jurnalların artırılması planlaşdırılır".

Təhsil nazirinin sözlərinə görə, yeni tədris ilində innovativ məktəblərin yaranması da əsas hədəflər arasındadır.


Baxış sayı - 645 | Yüklənmə tarixi: 15.06.2022 15:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930