manera.az
manera.az

“Ziya Paşa Büyük Ödül”ü azərbaycanlı şairə təqdim olundu

“Ziya Paşa Büyük Ödül”ü azərbaycanlı şairə təqdim olundu
09-11 iyun tarixində İstanbul şəhərindəki Atatürk Kültur Mərkəzində Türkiyə Kültür və Turizm Bakanlığının və Türkiyə Yazarlar Birliyinin birgə təşkil etdiyi “Türkcənin 14-cü Uluslararası şeir şöləni" adlı beynəlxalq miqyaslı tədbir keçirilmişdir.

MANERA.AZ xəbər verir ki, tədbirdə qardaş Türkiyəni təmsil edən şairlər, eləcə də Azərbaycanı,Qazaxıstanı, Qırğızıstanı, Özbəkistanı, Türkmənistanı, DoğuTürküstanı, Kipri, İranı, İrakı, Bolqarıstanı, Kosovanı, Makedoniyanı, Üsküpü, Bosnanı, Yunanıstanı, Başqırdıstanı, Tatarıstanı təmsil edən şairlər iştirak etmişlər.

Tədbirdə ölkəmizi Əhməd Cavad mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı və Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı təmsil etmişlər.

Uluslararası şeir şöləninin açılış mərasimində TC başkanı sayın Receb Tayyib Erdoğanın təbrik məktubu oxunmuş, Türkiyə Yazarlar Birliyinin başqanı Prof.dr. Musa Kazım Arıcan, Türkiyə Kültür və Turizm Bakanının müavini Əhmet Misbah Dəmircan, Türkçənin Uluslararası Şeir Şöləni Daimi Heyət başqanı D.Mehmet Doğan və şair Ramiz Qusarçaylı çıxış etmişlər.

Şeir şöləni Türkiyənin İstiqlal şairi Mehmet Akif Ərsoyun, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin, eləcə də Ziya Paşanın, Nəcip Fazilin, Yunus Əmrənin, Əhməd Hamdi Tanpınarın, Sezai Karakoçun, Cahit Zarifoğlunun və Bakının adına düzənlənmiş şeir fəsilləri ilə fəaliyyət göstərmiş, “İstanbulun şeiri, şeirin İstanbulu”, “Ədəbiyyat dərgiləri və şeir” və “Şeir və dijital məcra” adlı məsələlərlə bağlı müzakirələrlə işini davam etmişdir.

Şeir şöləninin bağlanış mərasimində şair və yazıçılara iştirak bəratları təqdim olunmuş, qaliblər isə ödüllərlə təltif olunmuşlar. Fərəhli haldır ki, “Ziya Paşa Büyük Ödül”ünə ölkəmizi təmsil edən “Vətən” poemasının və “Azərbaycan bayrağı” şeirinin müəllifi şair Ramiz Qusarçaylı layiq görülmüşdür.

“Ziya Paşa Büyük Ödül”ü azərbaycanlı şairə təqdim olunduБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031