manera.az
manera.az

Rəşad Məcid nüfuzlu mükafata layiq görüldü - FOTO

Rəşad Məcid nüfuzlu mükafata layiq görüldü - FOTO
Şair, nasir və publisist, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Türk Ədəbiyyatı Vəqfinin 2021-ci il üçün “Türk Dünyasına Üstün Xidmət” mükafatına layiq görülüb.

Manera.az xəbər verir ki, o, bu mükafata həm Azərbaycan, həm də Türk dünyasında gənc ədiblərin yetişməsinə önəmli töhfələr verməsi, şeir, hekayə janrında yazdığı əsərlərinin onlarla dilə tərcümə olunması, xüsusən, publisistik yazılarıyla Türk dünyasının fərqli problemlərini diqqət mərkəzinə çəkməsi səbəbi ilə layiq görülüb.

Vəqfin başqanı Sərhat Kabaklı qeyd edib ki, Rəşad Məcid son 30 ildən artıq bir müddətdə təkcə Türkiyədə deyil, Krımda, Qaqauz elində, Orta Asiya ölkələrində, eləcə də dünyanın digər bir sıra bölgələrində yaşayıb-yaradan türkdilli ədəbiyyat və mədəniyyət xadimlərilə sıx yaradıcı təmaslar qurub, onların Azərbaycanda tanıdılması, bir çoxunun fəaliyyətinin, əsərlərinin ölkəmizdə ilk dəfə nəşri və təbliği işinə dəyərli töhfələr verib.

R.Məcidin yaradıcılığı Türkiyə ədəbi mühitində diqqət və maraqla izlənilir. 2016-cı ildə Ankarada Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə R.Məcidin türk dilində nəşr olunmuş "Bir daha gelmeyecek" irihəcmli şeirlər toplusunun, 2017-ci ildə isə ILESAM-ın təşkilatçılığı ilə Ankaradakı Türk Tarix Qurumunun salonunda "Delicesine" kitabının geniş təqdimat mərasimi keçirilib. 2019-cu ilin noyabrında İstanbulda - Türk Ədəbiyyat Vəqfində, 2020-ci ilin yanvarında isə Bakıdakı Yunus Əmrə İnstitutunda R.Məcidin "Kalemsiz yazılanlar" kitabının təqdimatı olub.

Rəşad Məcid nüfuzlu mükafata layiq görüldü - FOTO
Rəşad Məcid nüfuzlu mükafata layiq görüldü - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31