manera.az
manera.az

Uşaqların “Qarabağ” mövzusunda sərgisi açılacaq

📅 27.05.2022 18:50

Uşaqların “Qarabağ” mövzusunda sərgisi açılacaq
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında UAFA-nın (Azərbaycana Birgə Yardım Təşkilatı) layihəsi əsasında yaradıcı təhsil alan xüsusi qayğıya ehtiyacı olan (əlilliyi olan) uşaqların “Qarabağ” mövzusunda sərgisi açılacaq.

Teatrdan MANERA.AZ-a bildirilib ki, sərginin ideya müəllifi Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, kuratoru isə teatrın baş rəssamı Vüsal Rəhimdir.

Sərginin sonunda layihədə iştirak edən uşaqlara teatr tərəfindən həvəsləndirici diplomlar veriləcək.

Daha sonra sərgi iştirakçıları librettosu və quruluşu rejissor Zəhra Quliyevaya aid olan “Qırmızı papaq və Redmüzi” müzıklına xüsusi qonaq qismində tamaşa edəcəklər.

Musiqili Teatr bütün balaca tamaşaçıları sərgiyə və eyni zamanda həmin gün saat 12:00 və 14:00-da nümayişi nəzərdə tutulan “Qırmızı papaq və Redmüzi” tamaşana baxmağa dəvət edir.


Baxış sayı - 527 | Yüklənmə tarixi: 27.05.2022 18:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930