manera.az
manera.az

Aqşin Yeniseyin yeni romanı çap olundu

Aqşin Yeniseyin yeni romanı çap olundu
Tanınmış yazar Aqşin Yeniseyin yeni romanı çap olunub.

MANERA.AZ xəbər verir ki, “Qanun” Nəşrlər Evində işıq üzü görən roman “Hərflərin vahiməsi” adlanır.

Kitab oxuculara bu cür təqdim olunur:

“Çoxsəsli roman janrında yazılan “Hərflərin vahiməsi”nin mövzusu XX əsrdən üzü bəri bir-birini izləyən modern romanların bəhs etdiyi iqtidar-sənət qarşıdurmasıdır. Bu, əslində, güc olanla estetik olanın konfliktidir. Müəllifin məqsədi iqtidar gücünün ona qarşı müxalif olan sənəti öz nəzarətində saxlamaq üçün hansı bürokratik oyun qaydalarını işə saldığını və bu oyunun iştirakçısına çevrilən sənət adamının hansı faciələrlə üzləşdiyini göstərməkdir.

İqtidarın ideoloji maraqlarından doğan himayədarlıq təklifinə özünün acınacaqlı ehtiyaclarının dili ilə cavab verən yazar, öz timsalında sənətin ürək həqiqətini həyatın çörək həqiqətinə qurban verdiyinin fərqində. O, seçim qarşısındadır; ya məşəqqətli, amma yaradıcı azadlıq, ya da gücün himayəsinə sığınan qısır və tox rahatlıq.

Romanın qəhrəmanı mənsub olduğu cəmiyyətin fikrini öyrənmək istəyir. Artıq əxlaqi aşınmaya uğradılmış cəmiyyət ona aşağılayıcı bir dillə ikincini seçməyi, yəni azadlığını rahatlığına qurban verməyi məsləhət görür. Fərd və cəmiyyət dialoqu fərdin məğlub olması ilə başa çatır.

Beləliklə, siyasət oyuna çəkdiyi sənəti neytrallaşdırır, onu bir heçə çevirir. Söz çörəyə, gözəllik gücə yenilir. Zəncirini qırmış fərd öz mağarasına geri qayıdır, lakin o, artıq burada heç kimə lazım deyil.

Xatırladaq ki, “Hərflərin vahiməsi” sayca Aqşin Yeniseyin üçüncü romanıdır. Onun bundan öncə “Göləqarğısancan” və “Tarix və tale” romanları işıq üzü görüb.

Yeni romanı “Əli və Nino” mağzalar şəbəkəsi və “Qanun” Nəşrlər Evinin kitab köşkündən əldə edə bilərsiniz.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031