manera.az
manera.az

Nakam gənc şairin kitabı təqdim ediləcək

📅 22.04.2022 16:05

Nakam gənc şairin kitabı təqdim ediləcək
Aprelin 23-ü saat 11-də Ağcabədi rayon Taxtakörpü qəsəbəsində yerləşən Laçın rayon Mədəniyyət Evində gənc şair Saqif Zeynalın “Tanrı qədər yoxsan” kitabının təqdimat mərasimi keçiriləcək.

MANERA.AZ xəbər verir ki, Bakı ədəbi mühitindən professor Cavanşir Yusifli və yazıçı-esseist Fəxri Uğurlunun da qatılacağı tədbirdə Ağcabədi rayonunda fəaliyyət göstərən “Ələk” ədəbi məclisinin üzvləri, Laçın və Kəlbəcər rayonundan olan ziyalılar, qələm adamları və ictimaiyyət nümayəndələri iştirak edəcək.

Tədbiri “Tanrı qədər yoxsan” kitabının redaktoru, yazıçı Şərif Ağayar idarə edəcək.

Xatırladaq ki, Saqif Zeynal 2020-ci ilin oktyabrında gənc yaşında ikən avtomobil qəzasında həlak olub. Ölümündən sonra “El” nəşriyyatında çap olunan kitaba şairin son şeirləri daxil edilib.

Nakam gənc şairin kitabı təqdim ediləcək


Baxış sayı - 566 | Yüklənmə tarixi: 22.04.2022 16:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031