manera.az
manera.az

Xalq yazıçısından uşaqlar üçün yeni kitab

Xalq yazıçısından uşaqlar üçün yeni kitab
Xalq yazıçısı Elçinin "Mənə niyə gülürlər” adlı kitabı çapdan çıxıb.

Manera.az xəbər verir ki, kitaba müəllifin uşaqlar üçün yazdığı hekayələr, eləcə də tapmacalar, yanıltmaclar, oxşar sözlərlə yazılmış miniatürlər toplanıb.

"Təhsil” nəşriyyatı müəllifi kiçik oxuculara təqdim edərək yazır: "Əziz uşaqlar! Azərbaycan ədəbiyyatının böyük simalarından olan Elçin sizi heç vaxt unutmur. Bu kitabdakı hekayələrin qəhrəmanları sizsiniz, sizin dostlarınız, rəfiqələrinizdir. Siz onları o saat tanıyacaqsınız, onlarla dostlaşacaqsınız. Buradakı yanıltmaclar, eynimənalı sözlər sizin xoşunuza gələcək, onları bir-birinizə danışacaqsınız”.

Qeyd etmək lazımdır ki, Xalq yazıçısının bu hekayələri Alla Axundovanın tərcüməsində Moskvanın "Detskaya literatura” nəşriyyatında 150 min tirajla, eləcə də məşhur türk uşaq yazıçısı Yücel Feyzioğlunun tərcüməsində və "Ön söz”ü ilə Ankarada "Cocuq kitabları” seriyasından böyük tirajla nəşr edilib.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930