manera.az
manera.az

Teatrlarda açıq qapı günü keçiriləcək

📅 25.03.2022 16:56

Teatrlarda açıq qapı günü keçiriləcək
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27 mart Beynəlxalq Teatr Günü münasibətilə teatrlarda açıq qapı günü keçiriləcək.

Nazirlikdən MANERA.AZ-a verilən məlumata görə, "Teatrda bir gün" adlı layihə saat 11:00-dan başlayaraq 17:00-a qədər davam edəcək..

Açıq qapı günü Akademik Milli Dram Teatrı, Akademik Opera və Balet Teatrı, Akademik Musiqili Teatr, Akademik Rus Dram Teatrı, Kukla Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrını əhatə edəcək.

Layihə çərçivəsində tamaşaçılar xüsusi avtobuslar vasitəsilə teatrlara səfər edərək, indiyə qədər görə bilmədikləri səhnə arxası ilə tanış olacaq, könüllülərin köməyi ilə teatra daha yaxından bələd olacaq və günün sonunda tamaşa izləyə biləcəklər.

Avtobuslar saat 11:00-dan 18:00-dək 28 May metrosu qarşısında duracaq və təyin olunmuş marşrut üzrə hərəkət edərək tamaşaçıları teatra pulsuz aparacaqlar. 19:00-da isə tamaşaçılar cədvəldə qeyd olunan tamaşaları pulsuz izləyə biləcəklər.


Baxış sayı - 745 | Yüklənmə tarixi: 25.03.2022 16:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031