5 yaşlı uşaq dünyanın ən gənc yazıçısı oldu

Böyük Britaniyada Bella-Cey Dark adlı 5 yaşlı qız "İtmiş pişik" kitabını nəşr edərək dünyanın ən gənc yazıçısı olub.
MANERA.AZ xəbər verir ki, bu barədə Britaniyanın “Deyli Meyl” nəşri məlumat yayıb.
Məlumata görə, 5 yaşlı Dark keçən il kitab yazmaq arzusunu ailəsinə çatdırıb. Ana və atası əvvəlcə buna önəm verməyiblər. Lakin Bella-Cey Dark kitabını 1 il ərzində tamamlayıb. "İtmiş pişik" hekayəsi macəraya çıxan və çox keçmədən önəmli bir dərs alan pişik haqqındadır.
Hazırda kitab "Amazon" və "Vaterstones"da 4 funta satılır.