manera.az
manera.az

Pişik koronavirusdan öldü - Dünyada ilk

Pişik koronavirusdan öldü - Dünyada ilk
İlk dəfə bir ev heyvanı koronavirus səbəbindən ölüb.

Manera.az xəbər verir ki, İngiltərədə ölən 4 aylıq “Ragdoll” cinsi pişiyin ağciyər hüceyrələrində COVID-19 virusunun tapıldığı bildirilib.

Tənəffüs çətinliyi səbəbilə baytarlığa aparılmış pişiyin vəziyyəti daha sonra pisləşib. Ölümündən sonra heyvanın ciyərlərindən alınan nümunələrdə koronavirus infeksiyasına aid izlər aşkarlanıb.

Sahibi pişikdə bir ay əvvəl koronavirus əlamətləri olduğunu, lakin testlərin neqativ çıxdığını bildirib. Lakin tədqiqatçılar koronavirusun ev heyvanlarına da keçdiyinə qərar verib.

Verilən məlumata görə, Qlazqo Universitetinin mütəxəssisləri tərəfindən bildirilən ikinci yoluxma isə, altı yaşlı siyam pişiyində olub. Bunun Birləşmiş Ştatlarda koronavirusun insandan pişiyə keçməsinin ilk dəlili olduğuna inanılır.

Mütəxəssislər, artıq koronavirusa yoluxmuş heyvan sahiblərini tam yaxşılaşana qədər pişikləri ilə sıx təmasdan qaçınmaq üçün xəbərdarlıq edirlər.

ÜST-ün Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç etdiyi açıqlamada COVID-19-un insanlardan pişik, it, aslanlara yoluxa biləcəyini bildirib və risk altındakı insanların ev heyvanları ilə təmaslarını məhdudlaşdırması lazım olduğunu qeyd edib. /525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31