manera.az
manera.az

Gənc yazarlarla görüş keçirilib - FOTO

📅 15.02.2022 12:07

Gənc yazarlarla görüş keçirilib - FOTO
Fevralın 12-də Qanun Nəşrlər Evində gənc yazarlar və sənətçilərlə görüş keçirilib.

MANERA.AZ xəbər verir ki, görüşü giriş nitqi ilə Qanun Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu açıb.

O, tədbirin məqsəd və məramını açıqladıqdan sonra iştirakçılara söz verib.

Gənc yazarlardan Təvəkkül Boysunar, Rəvan Cavid, Seymur Su, Vüqar Babazadə, El Roman, tanınmışlardan “Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli, şair Murad Köhnəqala, yazıçı Şərif Ağayar, şair, “Alatoran” nəşriyyatının rəhbəri Rasim Qaraca, yazıçı Hədiyyə Şəfaqət, tənqidçi-ədəbiyyatşünas Nərgiz İsmayıl, yazıçı Eyvaz Zeynalov, yazıçı Alpay Azər, yazıçı Cəlil Cavanşir, tərcüməçi Leyla Şah və başqaları çıxış ediblər.

Görüşdə Azərbaycan dilindən ingilis dilinə əsərlər çevirən tanınmış tərcüməçi İan Peart da iştirak edirdi. O, Azərbaycan ədəbiyyatı və çağdaş dünya haqqında danışıb.

Ayrı-ayrı çıxışlar və konkret təkliflər səslənən görüş həm də qızğın müzakirə və polemikalarla keçib.

Sonda çıxışçıların işgüzar təklifləri nəşriyyat tərəfindən qeydə alınıb.

Təkliflər aşağıdakı kimi təsnifatlaşdırılıb:

- ustad dərsləri keçiriləcək

- gənclərin yaradıcılığını stimullaşdırmaq məqsədi ilə almanax, jurnal nəşr ediləcək

- ən azı ildə bir gənc yazıçının kitabı ingilis dilinə tərcümə ediləcək

- Book review - Azərbaycan kataloq jurnal nəşr ediləcək

- nəşriyyatın Art-zalında yaradıcı insanlarla görüşlər, kitab müzakirələri təşkil ediləcək.

- poeziya axşamları, oxu saatları təşkil ediləcək

- uşaqlar üçün nağıl saatları olacaq

- gənclərin bəyənilən əsərləri nəşriyyat hesabına nəşr olunacaq və yayılacaq

- Milli Kitab Mükafatı bərpa olunacaq.


Sonda çıxış edən Şahbaz Xuduoğlu tədbirə ümumi yekun vuraraq, gələcəkdə bu cür görüşlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıb.

Gənc yazarlarla görüş keçirilib - FOTO
Gənc yazarlarla görüş keçirilib - FOTO


Baxış sayı - 980 | Yüklənmə tarixi: 15.02.2022 12:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031