manera.az
manera.az

Moskvada Azərbaycan kino həftəsi keçirilir

📅 08.02.2022 14:41

Moskvada Azərbaycan kino həftəsi keçirilir
Rusiya paytaxtında Azərbaycan kinosu günlərinin açılışı olub.

MANERA.AZ “Azərbaycan kinosu. Retroperspektiv” adı altında reallaşan mədəniyyət tədbiri Moskvanın “İlluzion” kinoteatrında keçirilib.

Fevralın 7-dən 15-ə kimi moskvalılar üçün “Şərikli çörək”, “İstintaq”, “Bir cənub şəhərində” də daxil olmaqla 19 Azərbaycan filmi nümayiş olunacaq. Məqsəd Azərbaycan kinematoqrafiyasının inciləri və müasir nümunələri ilə yerli auditoriyanı tanış etməkdir.

Rusiya paytaxtında nümayiş olunacaq 19 filmdən ibarət proqrama əsasən komediya, triller, nağıl, detektiv, eləcə də sevgi hekayələri və sosial dramlar daxildir.

Rusiyalı auditoriyaya təqdim olunan Azərbaycan kinosunun ilk retrospektivi isə 2021-ci ildə Rotterdam Film Festivalında premyerası baş tutmuş Fariz Əhmədovun “Sonuncu” filmi oldu.

“Sonuncu” - insan həyatından bəhs edən bir hekayədir. Sənədli film, Xəzər dənizindəki Kürdili adasının yeganə sakininin həyatının son günlərini sənədli kadrlarla bədii formanın qovşağında əks etdirir.

Qeyd edə ki, Azəbaycan kino günləri fevral ayının 15-nə kimi davam edəcək.


Baxış sayı - 401 | Yüklənmə tarixi: 08.02.2022 14:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031