manera.az
manera.az

4 filmimiz türk dünyası sənədli film festivalında finala yüksəlib

📅 04.10.2021 12:57

4 filmimiz türk dünyası sənədli film festivalında finala yüksəlib
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Türk Dünyası Jurnalistlər Federasiyası”nın təşkilatçılığı ilə keçirilən 6-cı Türk Dünyası Sənədli Film Festivalında finala yüksəlmiş filmlərin adı açıqlanıb.

Manera.az xəbər verir ki, bu il festivala rekord sayda - 226 film müraciət edib və bunlardan 25-i finala vəsiqə qazanıb.

Filmlər 2 müsabiqə proqramında - “Peşəkar filmlər” və “Tələbə filmləri” nominasiyalarında yarışacaq.

Peşəkar sənədli filmlər müsabiqəsi üçün seçilən 15 film arasında 4 Azərbaycan filmi də var.

Bunlar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş “Biz” (rejissor Orman Əliyev), Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” (rejissor Fariz Əhmədov), habelə “Hədiyyə” (rejissor Rövşən Nicat) və “Son sütun” (rejissor Elvin Mirzəyev) filmləridir.

Festivalın mükafatlandırma və bağlanış mərasimi oktyabrın 15-də İstanbulda keçiriləcək.

Festivalın builki mövzusu “Türk mədəniyyəti və türkün dünyaya baxışı” olaraq müəyyən edilib. Festivalda mükafat qazanan filmlər “Dildə birlik - 9 ölkə - 9 şəhər - 1 festival” şüarı ilə doqquz ölkədə nümayiş olunacaq.

4 filmimiz türk dünyası sənədli film festivalında finala yüksəlib


Baxış sayı - 801 | Yüklənmə tarixi: 04.10.2021 12:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031