manera.az
manera.az

64-cü “Qremmi” mükafatı təqdim olunacaq

64-cü “Qremmi” mükafatı təqdim olunacaq
Yanvarın 31-də Los-Ancelesdə (Kaliforniya) keçirilməsi nəzərdə tutulan “Qremmi” mükafatlarının təqdimetmə mərasimi aprelin 3-də Las-Veqasda (Nevada ştatı) keçiriləcək.

MANERA.AZ TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat yayıb.
Məlumatda bildirilib ki, tədbirin təxirə salınmasına baxmayaraq, səsyazma akademiyası və “CBS” telekanalı mərasimi tam formatda keçirmək istəyir.

64-cü “Qremmi” mükafatlarının tarixi artıq məlumdur. Mərasim aprelin 3-də Las-Veqasdakı “MGM Grand Garden”dən canlı yayımlanacaq.

Qeyd olunub ki, mərasimin aparıcısı 2021-ci ildə olduğu kimi, komediya ustası, aktyor və teleaparıcı Trevor Noah olacaq. “MGM”in arenası 17 min nəfəri qəbul edə biləcək.

Ümumilikdə nominasiyalar üzrə 85 mükafat təqdim olunacaq, o cümlədən iki yeni mükafat - etnik musiqi üzrə “Ən yaxşı musiqi ifası” və Latın Amerikası ifaçıları üçün “Ən yaxşı şəhər albomu”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031