manera.az
manera.az

Bu həftə 5 tamaşa nümayiş olunacaq | MANERA.AZ

📅 17.11.2015 12:55

Bu həftə 5 tamaşa nümayiş olunacaq | MANERA.AZ


Azərbaycan Dövlət Musiqili Teatrında bu həftəsonu 5 tamaşa nümayiş olunacaq.

MANERA.AZ xəbər veri ki, bunlar 20, 21, 22 noyabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Ər və arvad” (Ü. Hacıbəyli), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Düyməcik” (H.K. Andersen) və “O olmasın, bu olsun” (Ü. Hacıbəyli) tamaşalarıdır. Dövlət Musiqili Teatrı bu həftə də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb.

Belə ki, 21 noyabr saat 12.00-da O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər” əsəri Azərbaycan dilində, 22 noyabr saat 12.00-da isə H.K. Andersenin “Düyməcik” tamaşası rus dilində uşaqlar üçün nümayiş olunacaq.

Tamaşaçılar həftəsonu 3 gün ərzində nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar – Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Svetlana Bulax, Çingiz Əhmədov, Nahidə Orucova, Şövqi Hüseynov, Boris Qrafkin, Əzizağa Əzizov, Novruz Qartal, Əkbər Əlizadə, aktyorlar Emil Heydərov, Elnarə Nağdəliyeva, Ruslan Mürsəlov, Elməddin Dadaşov, Yuliya Heydərova, Şaban Cəfərov, Mehriban Zalıyeva, Möylə Mirzəliyev, Marina Litvinenko, Fərid Rzayev, Gülcahan Salamova, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Məhərrəm Qurbanov, Nadejda Povelitsına, Ağaxan Şərifov, Gülnarə Əzizova, Elxan İsmayılov, Elçin İmanov və başqalarının ifalarını izləyə biləcəklər.

Azərbaycan Dövlət Musiqili Teatrı həftəni üzlərində təbəssüm, xoş ovqatla başa vurmaq istəyən hər kəsi bu maraqlı səhnə əsərlərini izləməyə dəvət edir. Qeyd edək ki, bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdır.

Turan
MANERA




Baxış sayı - 1 419 | Yüklənmə tarixi: 17.11.2015 12:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031