manera.az
manera.az

Ramiz Qusarçaylının “Vətən” poetik epopeyası işıq üzü gördü

Ramiz Qusarçaylının “Vətən” poetik epopeyası işıq üzü gördü
Ramiz Qusarçaylının “Vətən” poetik epopeyası kitabı nəşr olunub.

MANERA.AZ xəbər verir ki, Ramiz Qusarçaylının Vətən sevgisi ilə dolub-daşan “Vətən” adlı poeması da bu müqəddəs amala sadiq qalır, uzun illər ərzində aparılan uğurlu araşdırmaların bəhrəsi kimi xalqın milli kimliyini ehtiva edən amillərin elmi, fəlsəfi və bədii təsdiqinə xidmət edir.


Görkəmli şair Ramiz Qusarçaylının həyat və yaradıcılığı barədə zəmanəmizin məşhur söz ustaları tərəfindən beş kitab, onlarla monoqrafiya, məqalə və şeir yazılmışdır.

Sevindirici haldır ki, yaradıcılığını Azərbaycan dünyasının min illər boyu keçdiyi keşməkeşli yolun mənəvi örnəkləri zəminində quran şair vətənpərvərlik keyfiyyətlərindən doğan zəngin mənəvi dünyası, yüksək sənətkarlıq xüsusiyyətləri, mükəmməl yaradıcılıq səriştəsi, araşdırma və təhlil qabiliyyəti, sərbəst düşüncə tərzi və əqidə güvənliyi olan və özü də bu gün bütövlükdə vətəndaş şair obrazı yaşayan bir sənətkardır.

Əbədiyaşar poeziya bayrağını əlində bayraq edən şair müqəddəs Vətən sevgisindən qaynaqlanan könül duyğularını və poetik düşüncələrini “Azərbaycan bayrağı” şeirində məharətlə tərənnüm edərək mükəmməl bir əsər yarada bilmişdir.

Xalqımızın milli sərvəti və varlığının təsdiqi olan bu əsərdə Vətənimizin keçdiyi bütün tarixi mərhələlər uğurla canlandırılır, baş verən ən mühüm hadisələr, yadelli müdaxilələrə və iç savaşlara qarşı mübarizə səhnələri, qəlbi vətən eşqi ilə döyünən qeyrətli oğul və qızlarımızın fədakar döyüş əzmi ustalıqla təsvir olunur.

Vətəndaş şairin “Vətən” poemasını müasir poeziyamızın ən böyük uğurlarından biri kimi dəyərləndirir və vətən tarixi ədəbiyyatımızın ən gözəl nümunələrindən biri hesab edirik və gələcək nəsillərin milli-mənəvi sərvətinə çevriləcəyinə inanırıq.

Kitabın redaktoru:

-Millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov,

Ön sözün müəllifi:

-Tarix elmləri doktoru, professor, şair Şahin Fazil,

Rəy müəllifləri:

-Millət vəkili, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizami Cəfərov,

-AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Teymur Bünyadov,

-AMEA-nın Nəsimi adına Dilçilik institutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli,

-Tarix elmləri doktoru, professor, respublikanın əməkdar jurnalisti Qafar Cəbiyev,

-İqtisad elmləri doktoru, professor, yazıçı Əlibala Məhərrəmzadə,

-Tarix elmləri doktoru, professor, Fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətlidir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31