manera.az
manera.az

Səlim Babullaoğlu yaradıcılığı barədə irihəcmli araşdırma

Səlim Babullaoğlu yaradıcılığı barədə irihəcmli araşdırma
Professor Cavanşir Yusiflinin Səlim Babullaoğlunun yaradıcılığı barədə irihəcmli araşdırması dərc edilib.

Manera.az xəbər verir ki, filologiya elmləri doktoru, professor Cavanşir Yusiflinin Səlim Babullaoğlunun poetik mətnləri barədə filoloji qeydlər və söhbətlərdən ibarət irihəcmli "Sözdən əşyaya” adlı tədqiqat əsəri nəşr olunub.

"Mütərcim” nəşriyyatında nəfis şəkildə dərc edilən kitabda çağdaş Azərbaycan poeziyasının öncüllərindən olan şair Səlim Babullaoğlunun poetik yaradıcılığı araşdırılır, onun yaratdığı bədii mətnlər dünya şeirindən maraqlı və əhəmiyyətli bədii nümunələrlə qarşılaşdırılaraq təhlil edilir.

Esse, tənqidi məqalə, araşdırmanın kəsişməsində maraqlı filoloji baxışla və müvafiq dillə yazılan bu kitab prof. Cavanşir Yusiflinin f.ü.f.dok. Samirə Məmmədova və tanınmış şair, esseist Qismət Rüstəmovla şairin yaradıcılığı ilə bağlı müxtəlif vaxtlarda elədikləri təhlili söhbətlərlə tamamlanır.

Azərbaycan Kitabının Təbliği Assosiasiyasının dəstəyi ilə çapa hazırlanıb.

Yaxın vaxtlarda kitabın təqdimatı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31