manera.az
manera.az

“Göyçək Fatma”nın yeni quruluşda premyerası olacaq

📅 13.12.2021 10:54

“Göyçək Fatma”nın yeni quruluşda premyerası olacaq
Dekabrın 19-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Göyçək Fatma” tamaşası tam fərqli quruluş və səhnə tərtibatında yenidən balaca tamaşaçıların ixtiyarına veriləcək.

Teatrdan MANERA.AZ-a verilən məlumata görə, tamaşaya Qurban Məsimov quruluş verib.

Köhnə quruluşdan fərqli olaraq bu dəfə texniki baxımdan daha çoxfunksiyalı, həcmli və rəngarəng alınan tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubovadır.

Görkəmli uşaq bəstəkarı Oqtay Zülfüqarovun tamaşaya yazdığı musiqiləri də saxlayan yaradıcı heyət uşaqlar üçün maraqlı, rəngarəng musiqili həllə nail olublar.

Birhissəli uşaq tamaşasında rolları aparıcı səhnə ustaları Cəmilə Allahverdiyeva, Aygül Ağayeva, Ülviyyə Əliyeva, aktyorlar Ramiz Qəmbərov, Yasin Abbasov, Nərmin Əhmədova, Yusif Baxşəliyev ifa edirlər.


Baxış sayı - 681 | Yüklənmə tarixi: 13.12.2021 10:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031