manera.az
manera.az

Bu Zəfər Turanın bir müjdəsidir! - ŞEİR

📅 05.11.2021 04:45

Bu Zəfər Turanın bir müjdəsidir! - ŞEİR
Tarixi Zəfər!

Bu Zəfər türk əzmi, türk qərarlığı,
Tarixin möhtəşəm qələbəsidir!
Haqqın, ədalətin bərqərarlığı,
Heydər arzusunun təntənəsidir!

Zəfər - bayrağımız, bayraqdarımız,
Zəfər - azad olan torpaqlarımız,
Zəfər - baş tacımız, şah vüqarımız,
Qəzəbin vulkantək püskürməsidir!

Səbrin tükəndiyi sonuncu anda,
Zəfər qazanmaqçün hərb meydanında,
Böyüklü-kiçikli Vətən uğrunda
Xalqın yumruq kimi birləşməsidir!

Bu Zəfər bu gün də zaman, məkanın,
Qisasın, qeyrətin, şərəfin, şanın,
Ordusuyla Ali Baş Komandanın
Şəri məğlub etmək nümunəsidir!

Düşmən də tanındı, dost da tanındı,
Etibar, sədaqət, inam sınandı,
Sönmüş ocaqların çırağı yandı!
Zəfər namərdlərə ibrət dərsidir!

Zəfər and yerimiz - şəhid zirvəsi,
Oyanmış ruhların coşan nərəsi,
Göy türk yürüşünün hayqıran səsi,
Bu Zəfər Turanın bir müjdəsidir!

Cavanşir Atəşi (Qocayev)


Baxış sayı - 1 222 | Yüklənmə tarixi: 05.11.2021 04:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930