manera.az
manera.az

Qarşınızda bir ömür sayqı duruşundayız - Yeni Şeirlər

Qarşınızda bir ömür sayqı duruşundayız - Yeni Şeirlər
İbrahim İlyaslı

Vətən müharibəsinin şanlı şəhid və qazilərinə


Qarşınızda bir ömür sayqı duruşundayız

Vətən sizə can dedi, Vətənə can verdiniz,
Damarları təpimiş torpağa qan verdiniz.
Otuz il otuz yerdən yaraları çatlayan,
Millətə qırx dörd gündə şəfayla şan verdiniz!
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!

Bir çağırışı bəs etdi Ali Baş Komandanın,
Yüz illərə tən oldu - hökmünə bax bir anın?!
Vahimədən yağılar pərən-pərən oldular,
Haləsi böyüdükcə çəkdiyiniz hilalın.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!

Belə Vətən savaşı yer üzü görməmişdi,
Nə dağı, nə dərəsi, nə düzü görməmişdi...
Bu xalq on min doqquz yüz əlli gecə yaşayıb,
On min doqquz yüz əlli gündüzü görməmişdi.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!

Xan Araz Sizi görcək qəhərlənib ağladı,
Köhlən Xudafərinin şahə qalxdı tağları.
O taydan bir ün qopdu, yer-göy lərzəyə gəldi,
Bu tayda ucalınca sənin zəfər bayrağın!
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!

Azğın düşmənlərinə çoxları çıxdı yiyə,
Avropa diş qıcadı, Asiya getdi küyə...
Ancaq birə-beş artdı gücünüz, qüdrətiniz,
"Hər zaman yanındayız!" - hayqırınca Türkiyə.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!

Nərənizdən Şuşada qaya qopdu, daş yandı,
O gün qaş qaralmadı, qaralacaq qaş yandı.
Dəmir yumruğunuzun zərbindən yer titrədi,
Odlu nəfəsinizdən düşmən başa-baş yandı!
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!

Ruhlar səltənətində ucalıqlar sizindi,
Uca başlar sizindi - uca dağlar sizindi.
Başqa yerdə gəzməsin haqqı haqq arayanlar,
Məmləkətdə haqq olan bütün haqlar sizindi.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!

Ürəyim pasrçalansın, üzüm ağ olsun! - dedi
Heç nəyimiz olmasın, Qarabağ olsun! - dedi.
Bundan böyük ibadət görünməyib cahanda -
Şəhid doğan analar: "Vətən sağ olsun!" - dedi.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!

Azərbaycan adını sinənizdən asdınız,
Yeni tarix yaradıb, yeni dastan yazdınız.
Qazi hüzurlarıdır daha səcdə yerimiz,
Şəhid məzarlarıdır ən müqəddəs andımız.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!

Zəfər Marşı

Müzəffər Azərbaycan ordusunun Bakının
Azadlıq Meydanında düzənlənən Zəfər paradına


Ayağını yerə bir az da bərk vur,
Başını bir az da uca tut, əsgər!
Sən başdan-ayağa qürursan, qürur,
Sən ey komutanı Tanrıkut əsgər!
Göylər zəfərinə maşallah deyir,
Yerlərdə baqisən, inşallah, deyir!

Sən Tanrıdağından qopan ərənsən,
Qanı bozkırlara hopan ərənsən.
Şuşa qalasında diş-dırnağıyla
Yağını aslantək qapan ərənsən.
Göylər zəfərinə maşallah deyir,
Yerlərdə baqisən, inşallah, deyir!

Haqq sənə zəfəri halal buyurub,
Ulduzun üstünə hilal buyurub.
Bismillah! - deməyə dil verib sənə,
Deyincə, düşmənə zaval buyurub.
Göylər zəfərinə maşallah deyir,
Yerlərdə baqisən, inşallah, deyir!

Orduya dönüşə, el səni yenməz,
Min ırmaq yığıla, sel səni yenməz.
Səni yenmək üçün yaradıb Allah,
Özündən savayı əl səni yenməz!
Göylər zəfərinə maşallah deyir,
Yerlərdə baqisən, inşallah, deyir!

Ayağını yerə bir az da bərk vur,
Başını bir az da uca tut, əsgər.
Bəşərin xilası səni gözləyir,
Ey Haqqın ordusu, Tanrıkut əsgər!
Göylər zəfərinə maşallah deyir,
Yerlərdə baqisən, inşallah, deyir!

Hulusi Akar Paşa

Türkiyənin Müdafiə naziri Hulusi Akar
sentyabrın 3-də F-16 qırıcısı ilə Egey dənizinin
şimalında uçub. Yunanıstana və
onu dəstəkləyənlərə sərt mesajlar verib.


Sənmi göylərə qalxdın,
Göylərmi səni çəkdi?
Ey yerlərə komutan,
Ulu göylərə bəgçi!
Yaşa, göylərcən yaşa! -
Hulusi Akar Paşa!!!

Nə kutlu uçuşun var,
Nə şahanə ləngərin!
Tanrı dağın aslanı,
Göy Tanrının əsgəri.
Yaşa, göylərcən yaşa! -
Hulusi Akar Paşa!!!

Nə zamandı səmalar
Həsrətini çəkirdi...
Türkün sınırlarında
Yapalaqlar səkirdi.
Yaşa, göylərcən yaşa! -
Hulusi Akar Paşa!!!

Tamaşana dayanıb,
Türkün daşı, torpağı.
Dostlara onur oldun,
Düşmənlərə göz dağı.
Yaşa, göylərcən yaşa! -
Hulusi Akar Paşa!!!

Bu tək mənim səsim yox,
Haqqa görkün səsidir...
Turan deyib, haykıran
Hər bir türkün səsidir.
Yaşa, göylərcən yaşa! -
Hulusi Akar Paşa!

Açılır

Kəlbəcərli dostların bu sabahlarına

Düz altmış min göz-göz olan yaramı
Bağlayıram, yatmıram ha gecələr.
Sücayət

Sabahına şükür, Tanrım, -
Nə gözəl sabah açılır!
Bağrımda bir düyün vardı,
Açılır, vallah, açılır!

Ulu göylər çalxalanır,
Dağlar, dərələr haqlanır.
Başa sevdalar bağlanır,
Ayaqdan günah açılır.

Çiçəklər qonur qarına,
Qışı dönür baharına...
"Düz altmış min" zəvvarına
Deyin: Qibləgah açılır! ..

/"Ədəbiyyat qəzeti"/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031