manera.az
manera.az

Məktəbli məktubları dərc olunacaq

📅 13.10.2021 13:01

Məktəbli məktubları dərc olunacaq
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib olanlardan biri də şair, Vətən Müharibəsi iştirakçısı Emin Piridir.

Layihə rəhbəri olan Emin Pirinin söylədiyinə görə artıq layihənin icrasına başlanılıb.

Bununla bağlı “Zəfər klubu” yaradılıb. Zəfər klubunun yaradılmasında məqsəd istedadlı, yaradıcılıq bacarığı olan şagirdlərin üzə çıxarılmasıdır.

Layihə prosesi çərçivəsində məktəblilərin Vətən Müharibəsi zamanı cəbhəyə göndərdiyi məktublar toplanacaq. Eyni zamanda yaradıcı şagirdlərin Vətən Müharibəsi ilə əlaqədar olan hekayələri cəmiyyətə təqdim olunacaq.

Bu hekayə və məktublar layihə çərçivəsində müəllifin müharibə gündəliyi ilə birgə kitab halında nəşr olunacaq.

Cavid Piri


Baxış sayı - 474 | Yüklənmə tarixi: 13.10.2021 13:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031