Bakıda regionun ən böyük kinoteatrı açıldı - Fotolar
"Gənclik mall" ticarət mərkəzində "Dolby Atmos" texnologiyası ilə təchiz olunmuş regionun ən böyük "CinemaPlus" kinoteatrı açılıb.
Manera.az xəbər verir ki, açılış mərasimində çıxış edən "CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə "Dolby Atmos" texnologiyasının ilk dəfə Azərbaycanda "CinemaPlus" kinoteatrında təqdim edildiyini deyib.
Qeyd edək ki, bütün filmlərin premyeraları 4DX formatında yayımlanır.
Hər 4DX zal 21 fərqli effektlə video ilə sinxron halda hərəkət edən kreslolardan ibarətdir. Həmçinin, bu format film izlərkən yaşadığınız həyəcanı ən pik həddə çıxarır, bundan başqa, səs və video özəlliklərindən daha ümdədir. 4DX formatında 650-dən çox Hollivud və yerli filmlər nümayiş etdirilib. Bu gün 64 ölkədə, 649 zalda 75 mindən çox 4DX kreslolar mövcuddur.
“CinemaPlus Dəniz Mall” kinoteatrı 11 zaldan və 1000-dən çox oturacaqdan ibarətdir.
“CinemaPlus” kinoteatrlar şəbəkəsinə 10 kinoteatr, 50-dən çox ekran və 5 000-dən çox oturacaq daxildir.