manera.az
manera.az

Azərbaycan filmi dünya premyerasına hazırlaşır

📅 29.09.2021 07:30

Azərbaycan filmi dünya premyerasına hazırlaşır
Tokio Beynəlxalq Film Festivalının əsas müsabiqə bölümündə Hilal Baydarovun ssenari müəllifi və rejissoru olduğu “Durna Çırağı” bədii filminin dünya premyerası təqdim olunacaq.

Manera.az xəbər verir ki, Azərbaycan filmi festivalın əsas mükafatı olan “Tokyo Grand Prix” uğrunda müsabiqəyə qatılacaq.

Oktyabrın 30-dan noyabrın 8-dək davam edəcək 34-cü festivalın münsiflər heyətinin sədri məşhur aktrisa İzabel Yupperdir.

Məlumat üçün bildirək ki, “Durna Çırağı” filmində Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva, Nigar İsayeva, Səda Həsənova, Kamran Hüseynov kimi aktyorlar rol alıblar. Filmin bəstəkarı Kənan Rüstəmlidir.


Baxış sayı - 526 | Yüklənmə tarixi: 29.09.2021 07:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930