manera.az
manera.az

Bir evin iki qəhrəmanı: ata qazi, oğul şəhid

Bir evin iki qəhrəmanı:  ata qazi, oğul şəhid
Qarabağ – 30 il ərzində düşmən tapdağı altında inildəmiş, nəhayət, 44 gündə şəhidlərin, qazilərin canı və qanı hesabına azad edilmiş müqəddəs diyar…

Nələr çəkdi başımız: döyüldük, söyüldük, sındıq amma əyilmədik. Buna haqqımız yox idi. Çünki bizim qarşısında əyilə biləcək igidlərimiz var idi. Bunlar şəhidlər və qazilər idi.

Bütün Azərbaycan oğulları kimi mənim şagirdlərimdən də bu mübarizəyə qoşulanlar oldu. Bunlardan biri də şəhid İsmayılov Elnur Arif oğludur.

Əlbəttə, hamı kimi mən də qəhrəman oğullarla fəxr edir, onlarla qürur duyuram. Hələ o da həmişə gördüyün, salamlaşdığın, bəzən də zarafatlaşdığın, özünəməxsus dəcəlliyindən xoşlandığın şagirdlər ola.

Elnur, sənin yoxluğunu dilə gətirmək mənim üçün nə qədər mənəvi əzab olsa da, bir o qədər də fəxarət və qürur hissidir. Sən təkcə bir şagird kimi deyil, eyni zamanda qəhrəman bir vətən oğlu, bir şəhid kimi mənim qəlbimdə əbədi yaşayacaqsan.

Şəki şəhər 8 nömrəli beynəlmiləl tam orta məktəbin məzunu İsmayılov Elnur Arif oğlu 2001-ci ildə fevral ayının 24-də Şəkinin Baş Küngüt kəndində birinci Qarabağ müharibəsində qazi olmuş Arif İsamayılovun ailəsində anadan olmuşdur. Atası İsmayılov Arif 1993-cü ildə Ağdərə döyüşlərində yaralanmış, 4 ay xəstəxanada müalicə aldıqdan sonra evə buraxılmışdır.

2019-cu ildə hərbi xidmətə çağırılan Elnur əvvəl Cəlilabadda, sonra Ağcabədidə, daha sonra isə Füzulidə hərbi xidmətini davam etdirmişdir.

Hələ hərbi xidmətdən məzuniyyətə gələndə 2016-cı il aprel döyüşlərinin şəhidi Elnur İsgəndərovun məzarını ziyarət etmiş, orada şəkil çəkdirmişdi.Anası şəkilə baxanda Elnurun öz kölgəsinin məzar daşının üzərinə düşdüyünü görür və şəkli silmək istəyir. Lakin Elnur icazə vermir.

Məzarlıqda dayısıoğluna deyir ki, İsgəndərov kimi igid olmaq hər oğulun hünəri deyil. Əgər mən şəhid olsam məni burada – Elnur İsgəndərovun yanında dəfn edərsiniz.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda döyüşlərə qatılır, çox böyük qəhrəmanlıqlar göstərir.

Hətta Füzuli uğrunda gedən döyüşlərdə 60 nəfər döyüş yoldaşını igidlik göstərərək düşmən mühasirəsindən çıxarır. Hələ Şəkiyə ilk şəhid gələndə atasından soruşdum ki, Elnur nə edir? Dedi ki, döyüşlərdə iştirak edir. Zəng vurdum ki, necədi vəziyyəti, dedi ki, toydayam, narahat olma. Görün nə qədər igid, qəhrəman oğuldur ki, vətənin azadlığı uğrunda döyüşməyi toy-bayram kimi qəbul edir.

Nəhayət, oktyabrın 15-də Füzuli uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhid İsmayılov Elnur Arif oğlu özünün vəsiyyətinə uyğun olaraq şəhid Elnur İsgəndərovun uyuduğu məzarlıqda dəfn olunur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Elnur, sənin xatirən kollektivimiz tərəfindən daima əziz tutulacaq! Şəhadətin mübarək, Elnur!

Şəhid Elnur İsmayılov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, “Vətən uğrunda” medalı ilə təltif olunur.

Məmməd İSLAMOV
Şəki şəhər 8 nömrəli məktəbin müəllimi.

Bir evin iki qəhrəmanı:  ata qazi, oğul şəhidБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031