manera.az
manera.az

Gəncədə yaradıcı insanlar bir araya gələcək

📅 09.09.2021 06:38

Gəncədə yaradıcı insanlar bir araya gələcək
Sentyabrın 17-18-də Gəncə şəhərindəki Filarmoniya bağı və Urban Mərkəzində “Gəncəsənət” adlı yaradıcılıq sərgi-yarmarkası təşkil olunacaq.

Manera.az xəbər verir ki, sərgi-yarmarka Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Sərgi-yarmarkanın məqsədi sakinlər arasında sənətkarlıq və incəsənətə marağın artırılması, sənət növlərinin yaşadılması və inkişafı, alıcı və sənətkar arasında körpünün qurulması, eləcə də şəhərin mədəni həyatına rəng qatmaqdır.

Layihədə Gəncə şəhəri və qərb regionunda yaşayan, incəsənətin istənilən növləri ilə məşğul olan peşəkar və həvəskar insanlar öz əl işləri ilə iştirak edə bilər.


Baxış sayı - 459 | Yüklənmə tarixi: 09.09.2021 06:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930