manera.az
manera.az

Tənhalığını damcıladır gecənin çiçəkləri - Dilək Özkanın şeirləri

Tənhalığını damcıladır gecənin çiçəkləri - Dilək Özkanın şeirləri
Dilək Özkan - İzmirdə anadan olub. İlk şeir kitabı "İçərisində Bir Uçurum" Mühür Nəşriyyatı tərəfindən 2015 -ci ilin noyabr ayında nəşr edilib. İkinci kitabı "Həyatın bir neçə hissəsi" 2018 -ci ilin dekabr ayında Kaos Uşaq Parkı Nəşrləri DIP seriyasından nəşr olunub. Şeirləri bir çox jurnal və qəzetlərdə dərc olunub.

Xarıbülbül

Səsim suya düşsə
əllərim boşluğa
çirklənib qaça – qaça
bir çayın maviliyində təmizlənsəm

xarıbülbül od tutub deyirlər
Qarabağdan, Şuşadan
Tökülür ağrılar gülün yaddaşına
Yanır çox sərin otaqlarda yuxular

Elə belə yadıma gəlirsən
özümü ittirirəm “dəyməz” – deyirlər
öpüb oxşayıram dünyanın inciyən yerindən

Getdim gəldim

İncidilən sular uzun – uzadı kədərlərə qarışır
Gecədən suda saxlanılır quruyan xatirələr
Kədərlər də köhnəlir səhərsizlikdən
Gizlənib köksümdə bayramlar

Və məni çox şeyləri həmişə gecikdirmişəm
Çatlaq bir boşqabın solan üzünü
Gülləri quruya bir güldanı
İtimin qabağına qoyduğum suyu
Dünyanın bir əlçim ümidini gecikdirmişəm

İnsan nələr yaşamır axı
Hara baxsaq içi boşalan ürəklərin cəmi
Duyğular da yorula bilər əlbəttə
Quşları yaralı bir şəhərin bulvarında
Qadınlar güllərin tikanlarından öpəndə
Uşaqların ovucları göyərçin intiharıdır

getdim gəldim bir güllə ilə bir tabut arasında
sahilsiz küləklərin uçsuz bucaqsızlığı
əllərim əllərim sürüşəndə bir dağ yamacından
kim tərk edəcək sabaha bağışlanan həyatı

Xrizantem sancısı

Bilirəm yarımçıq qalan işlərin ağrısını
ucsuz bucaqsız suları yoxlamaq
bir tükənmişlik qazanıram… susqunluğumdan bir pay
həyatdan qoparıb qəlb uçurumuna yamamışam
sözlərin sınıq axşamını

oturub ağlayır gəncliyinə bir qadın
dövrün çürük davamlı biqeyrətliyinə
dayanmadan silir xalçaya tökülən dünyanın dəhşətini
ovuduram, sığallayıram sonra Bəyoğlunda
küllərini qucaqlayan anaların şənbə əllərini

ağrının kölgəsinə sığınır salfetka satan qız uşağı
köksündən yüksələn fəryadın səssizliyindən…
tənhalığını damcıladır gecənin çiçəkləri
boyası təmizlənən bir həyatın bədəninə baxır
nəfəs alır incəlir saçları
dodaqları qırmızıya boyanan bu dövrdə

neçə kainatın kədərini yığışdırdım boşluqdan
çay da dəm almayıb bax,
dərin bir kədər yağır pəncərədən
buna görə intihar edib içimin tanrıları
deyirlər ki insanın yarası köhnəlib qaysaq bağlayırmış
hara gedirsen get özündən
içindəki sancı həmişə xrizantem

dante

sahilinizdən payız keçdi görmədiniz
gizlininizdən səhər
üzünüzün bir tərəfi gecə idi
öpülməmiş bağçalardı bir tərəfi
qədim kitablar arasında quruyan
kədər qoxuyur indi
bütün güllərin ağzı

qumların üstündə xəyalpərəst bir sentyabr
bədəninə məna qatan günəşə səslənir
uzaq qonşuların paltar zivələrində
səni axtarıram dante
qanayan zamanın gömgöy dodaqlarını
yeni bir göy istəyək yeni bir sərinlik
dənizlərin arxasında gizlədək titrək qəlbimizi
ağır uçurum dalğalarına yetim xəyalları

qorxma dante! Bir qara çək dünyanın gözlərinə
həyatın kənarına bağdaş qurub otur
unudulmuşluğumuza dadansın külək
dəli bir eşqə yuvarlanaq yağmurdan sonra
təzədən qucaqlaşaq bəlkə bizlə
İzmirin yorğun küçələrində

Azərbaycan türkcəsinə çevirən: Oktay HacımusalıБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031