manera.az
manera.az

İtaliyalı aktyor “Qızıl şir” mükafatına layiq görülüb

📅 03.09.2021 15:03

İtaliyalı aktyor “Qızıl şir” mükafatına layiq görülüb
Lido adasında Beynəlxalq Venesiya Kinofestivalının 78-ci açılış mərasimi keçirilib.

Manera.az xəbər verir ki, açılış mərasimində italiyalı rejissor və aktyor Roberto Benini dünya kinematoqrafiyasına verdiyi töhfəyə görə “Müqəddəs Markın qızıl şiri” mükafatı ilə təltif olunub.

Gecədə Benininin ifa etdiyi səhnələrdən ibarət videoçarx nümayiş olunub, qonaqlar aktyoru alqışlarla qarşılayıb. “Mən emosiya, minnətdarlıq və sevgi hissləri ilə əhatə olunmuşam. Rejissorlar məni öz filmlərinə dəvət edib və bu filmlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb”, - deyə aktyor bildirib.

Roberto Benini peşəkar karyerası boyu 30-dan çox filmdə rol alıb. Çəkildiyi filmlər sırasında Bernardo Bertoluçinin “Ay”, Cim Carmuşun “Kofe və siqaret” və “Qanundan kənar” ekran əsərlərinin adlarını çəkmək olar.


Baxış sayı - 989 | Yüklənmə tarixi: 03.09.2021 15:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930