manera.az
manera.az

Adamlar yol üstədir həmişə - Şeirlər

Adamlar yol üstədir həmişə - Şeirlər

Mina Rəşid


İlahi əsər

Ağaclar Eyfel qülləsindən,
dağlar Misir piramidalarından
daha gözəldi,
Möcüzə dənizlər, nəhrlər,
yağışlar, küləklər,
ucsuz-bucaqsız çöllərdi...
Dünya Allahın möcüzəsi -
İlahi bir əsərdi!

Gözəl adın mübarək

Məhəmməd Peyğəmbərə (s)

Peyğəmbəri tuşlayır
Yenə də daş atanlar.
Daşlar bir şahid kimi
Dinəcək, daş adamlar.

Ya Məhəmməd, bu daşlar,
Gəlib qəlbimi tutar.
Sənə bu daşı atan
Hansı arzuya çatar?

Bilməzlərmi Sənintək
Nurlu bəndə olmayıb.
Səntək vəfalı, abid
Heç bir dində olmayıb.

Sənə gələn daşları
Quşlar səmada tutar.
Səni sevməyənlərin
Günəşi, ayı batar.

Sən sonuncu peyğəmbər
Bir üzü nur, xoş dilək.
Səni Allah dost seçmiş
Gözəl adın mübarək!

Nə var görməyə bağlıdı

Lampa kimi qızılgüllər
Hamı görər, əzizləyər.
Bəs o balaca çiçəyi -
Göyçiçəyi kim bəsləyər?

Göyçiçəyin dostu Qərib,
Bir kimsə yalqızdı, demə.
Gördüklərin sənin olsun,
Görən, Duyan yetər mənə.

Nə var görməyə bağlıdı,
Nə var Haqqın əlindədi.
Göyçiçəklər bir imtahan,
Qızılgüllər bəhanədi.

Şükür eylə

Yenə çatıb qaşlarını,
Üzü küləyə gedirsən.
Adam, de, istəyin nədi?
Heç bilmirsən nə edirsən.

Yollar daş-kəsəkli olar,
Sən bağ becər, çiçəyə bax.
Gözün gözəllik axtarır?
Çirkini qoy, göyçəyə bax.

Öz-özünü unutmusan,
Bir xoş söz də gəlmir dilə.
Səni yıxmağa çalışan
Bu nə qaramatdı belə?

Olanlara şükür eylə,
Nəyin var say dənə-dənə.
Çıxar əynindən zülməti,
Əmanətdi bu can sənə.

Adamları tanımaq..

Adamları sənin qədər kim tanıyar?...
Qəlbinin yaraları, ürək ağrılarınla
tanıyarsan onları...
Yaxınlaşdıqca uzaqlaşarsan,
sevdikcə yanılarsan...
bir-iki yaxından özgə duyanın olmaz,
yanında heç vaxt həyanın olmaz...
Adamlar yol üstədir həmişə,
tələsərlər, keçib gedərlər hər şeyin üstündən -
sevginin, imanın, ülfətin....
Sən arxadan boylanarsan
küləklə, yağışla qalarsan
külək də, yağış da
adamlardan danışar...
Onlara inanma, deyə söz versən də özünə,
yenə inanarsan Əyyub peyğəmbəri
qəlbindən vuran adamlara...
Bilirəm, indi ümidlərinin sınıqlarını toplayırsan
Amma bir az özünə gəlincə yenə onları sevəcəksən
Çünki sən Allah xatirinə sevərsən...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031