manera.az
manera.az

Həyat bir nağıldır, ömür bir nağıl - ŞEİRLƏR

Həyat bir nağıldır, ömür bir nağıl - ŞEİRLƏR
MANERA.AZ Mahirə Nağıqızının şeirlərini təqdim edir:

Sevda deyilən

İçində adınla gəzdim nə vaxtdır,
Adınla dolaşdım elədən belə...
Elədiyin nədir, bu nə sınaqdır,
İmtahan olarmı, quzum, bir belə?

Çək məni, yüz kərə imtahana çək,
Bir dəfə daralar səbrin sənin də...
Axı nə biləsən, cavablarımı
Axtarmaq lazımmış saçın dənində.

Axı nə biləsən, ruhunla sənin
Canlanır qəlbimdə qurduğun yuva.
Bu elə bəsimdir, nə istəyirdim...
Məni imtahana çəkmə bir daha.

Səhərlər açılır adınla sənin,
Gecələr adınla olur bal kimi.
Bir dəfə qəlbimi açmadım sənə,
Kimi suçlu biləm, günahkar kimi...

Sənin imtahanın qəm karvanıdır,
Mənə hücum çəkər dönüb leşkərə.
Haradan biləsən getdiyin yola,
Qurban kəsilən var gündə yüz kərə.

Gözüm üstündədir, qəlbim başında...
Şəklin haradadır bilmədin ki sən.
Hər axşam xəyalın çıxdı qarşıma,
Bəlkə belə imiş sevda deyilən...

Həyat bir nağıldır, ömür bir nağıl

O ömür deyilən bumuşmu? -demə,
Özümə gəlmədim duyam bir mağıl...
Həyat da xəyaldır, –deyib söyləmə
Həyat bir nağıldır, ömür bir nağıl.

Nağıl otağıymış hər kəsin ömrü,
Baxana qapısı açıq tağbatağ.
Bircə otaq olur sirli-düyünlü,
O da qəlb yuvası – qırxıncı otaq.

O otaq arifə nəyi var deyər,
Nadana sınaqdır, sıxma-boğmadır.
Orda sevincin var, bir ömrə dəyər,
Dərd var ki, balantək sənə doğmadır.

Baxmaqnan bilinməz, gözlərini çək,
O bağlı qapıya baxmağın hədər.
Həyat gerçəkdimi, xəyalmı gerçək?
Bilməzsən qırxıncı otağa qədər.

Ömür xəyalıydı, bir gümanıydı,
Ölçüsü-biçisi anbaan oldu.
Dünənki xəyalın qəhrəmanıydı,
Bu günün gerçəyi Nəriman oldu.

Məni salamladı qığıltısıynan,
Nə qədər yaxınmış xəyalla gerçək.
Yorğun xəyallarım tər əhvalıynan,
Bir körpə izinə düşüb gedəcək.

O ömür deyilən bumuşmu?- demə,
Özümə gəlmədim duyam bir mağıl...
Həyat da xəyaldır, -deyib söyləmə,
Həyat bir nağıldır, ömür bir nağıl...

Məni qınama

Qayada xınasan, gül üstə şehsən,
Gözlərim doymadı baxmaqdan sənə.
Nərgiz gülü kimi nə müştəbehsən,
Yüz yol harayladım, səs ver, dinsənə.

Gecələr ulduzsan bilmədimmi mən,
Bildim, gecələri səninlə aşdıq.
Sübhə qollarımdan tutub çəkən sən,
Nələr istəyirdik onu danışdıq.

İçimdən gələni deyə bilmədim,
Sözdən kəsərlidi, ülgücdən iti.
Neyniyim, eşidib haya gəlmədin,
Beləcə bu eşqi yaşa xəlvəti.

Bilmədim hissimi nə cür söyləyim,
Sevgimi, istəkmi, nə cürdü adı...
Çevrilib özün bax doğmalarına,
Gör hansı mənimtək sənə doğmadır?

Məni heç kim ilə yanaşı tutma,
O təhər tutmağa necə qıyarsan...
Kim səni eləcə, olduğun kimi
Görüb sevə bilər nə cürə varsan...

Adınnan yol gedib hara gəlmədim,
Üzünü görəndə baxdım o yana.
Neyniyim, sözümü deyə bilmədim,
Qınama, ay ömrüm, məni qınama.

Qayada xınasan, gül üstə şehsən,
Gözlərim doymadı baxmaqdan sənə.
Nərgiz gülü kimi nə müştəbehsən,
Yüz yol harayladım, səs ver, dinsənə.

Bal çiçəyi

O qaya dibinə sığınan çiçək,
Yazın eşqi ilə qış soyuğunda,
Buzun içində də isindirəcək
Diləklər bəsləyib soğanağında.

Payız yağışları, qış tufanları,
Döyər, döyəcləyər saplağı ancaq.
Ah... bircə kökünə dəymiyə barı,
Sevdası köksünü qızındıracaq.

Dəyəcək baharın nəsimi yenə,
Düşəcək çiyninə atlas ləçəyi.
Mübhəm libasını geyib əyninə,
Gözlər arısını o bal çiçəyi.

Bilir pətəyindən çıxıb gələcək,
Gücsüz qanadını açıb gələcək,
Sürünüb gələcək, uçub gələcək,
Umudun bəsləyər o bal çiçəyi.

Əsən küləklərdən alıb iyini
Gözləyər, başlasın sevda düyünü.
Arılar içində bircəciyini,
Axtarar, səsliyər o bal çiçəyi.

Eliyər zümzümə eşq havasını,
Yarıda buraxmaz baxt davasını.
Bütün ömrü boyu tək sevdasını,
Oxşar, əzizləyər o bal çiçəyi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
1234567
891011121314
15161718192021
22232425262728
2930