manera.az
manera.az

Rasim Əlizadə - Müşahidə | Manera.Az

Rasim Əlizadə - Müşahidə | Manera.Az
MANERA.az gənc yazar Rasim Əlizadənin ilk qələm təcrübəsini təqdim edir:

Uşaqlıqdan bəri özümə qapanıq biri idim.Gələcəydə həssas biri olacağım artıq yavaş-yavaş özünü göstərməyə başlayırdı.Hər adi şey mənə toxunmağa başlayırdı,tez-tez kövrəlib ağlayardım.Hətta bir dəfəsində əmimgil bizə gəlmişdi,onları çox sevirdim,indidə çox sevirəm.

Onlar bizim evdən ayrılanda ağlamışdım ki,mənidə özünüzlə aparın,halbuki öz valideynlərimi də çox sevirdim.Deməyim odur ki,qəribə uşaq idim,anam deyir uşaqlıqda çox nadinc olmusan.Xatırlayıram az –maz.Həm həssas,həm nadinc,çox qəribə bir uşaq.Hardasa hiss edirəm bunları oxuyarkən düşünürsən ki,sənin uşaqlığından bizə nə,amma gəl sənə bir etiraf edim,29 yaşım var hal-hazirda və mən ilk dəfədi belə bir şey yazıram.Hardan başlaycağımı da bilmirdim,nədən yazacağımıda,elə ən başdan başlayım dedim.Üzərimdə yük hiss edirəm dəhşətli dərəcədə,yalnız,aciz və heç bir işə yaramayan birisi kimi hiss edirəm.

Psixoloqların çox vaxt dediyi kimi,içinizdəkiləri harasa qeyd edin,mən də elə etməyə başladım,bunun bir mənalı,güclü yazı və hekayə olduğu barəsində qətiyyən bir iddiam yoxdu,sadəcə yazıram,yazmaq istəyirəm,bəlkə də daxili huzurumu və xoşbəxtliyi bunda tapıram,sığınıram yazının gücünə,bəlkə də buna inandırmaq istəyirəm özümü,aldadıram özümü bəlkə də.Nəbilim..Universitet vaxtı bir qoca ədəbiyyat müəlliməmiz bizə inşa yazmağı tapşırmışdı,mövzunu xatırlamıram,mən də acizliklə bürünmüş yazıçı ruhumu işə salmaqçın əsil şərait tapmışdım.

Yazdım doldurdum a4ü.. A bir dəqiqə xatırladım mövzu “müəllim necə olmalıdır” idi,bizdə ingilis dili müəllimliyi ixtisasın oxuyurduq.Nəysə,elə oldu ki müəllimə ən çox mənim inşamı bəyəndi və hətta mənə səhv etmirəmsə bunu özümlə elmlər akademiyasına aparacam demişdi və ən yüksək balı mənə vermişdi.Onda çox xoşuma gəlmişdi müəllimənin mənə verdiyi dəyər,yaxşı yazırmışammış kimi hiss etmişdim.Amma yazmadım,daha doğrusu başlamadım yazmağa,o hadisədən 4 il ötüb..Və mən çətin də olsa başladım..

Lənkəranda orta məktəbdə oxuyarkən həm savadlı həm də sosial olaraq aktiv bir şagird idim.Sinif yoldaşlarımı çox sevərdim,hətta bəziləriylə yaxın dostluğumuz hələdə davam edir,onu deyim 1998 ci ildə birinci sinifə getmişəm,23 ilə yaxındır ki tanıyıram bu dediyim yaxın dostlarımı.Hə maraqlı illər idi,yavaş-yavaş böyüməyə,hiss etməyə,hadisələrin mənim üçün artıq bir anlamı olmağa başlayırdı.2004 cü ildə 6cı sinifdə oxuyarkən isə Lənkəran özəl türk liseyinə qəbul oldum,və həyatımın ən böyük dəyişikliyinin və həyatıma ən çox iz qoyacaq dönəmdəki hadisənin burada baş verəcəyindən xəbərsiz idim..Hər şey çox gözəl başladı,yeni sinif yoldaşları,yeni mühit,türk müəllimlər,qrup rəhbərləri.Məktəbdə olduğu kimi savadlı,sosial aktiv halım davam edirdi,dəqiq fənləri ingilis dilində keçirdik,bu mənim üçün çox xoş idi,özümü bəlkə də dünyanın ən xoşbəxt,ən savadlı insanı kimi hiss edirdim.Artıq 8ci sinifdə idim 2006 cı il.Sinif rəhbərimiz Zəfər müəllim idi,Türkiyənin Ordu şəhərindən.Çox sevdiyim müəllim idi,indidə sevirəm.Bəzən keçmiş zamanda yazıram sanmayın dünyadan köçüblər bəhs etdiklərim,yaşayırlar,şükür.Zəfər müəllim çox yaxşı müəllim,gözəl insan və imanlı birisiyidi.Bircə əsəbləşməyi olmayaydı,bir dəfəsində məni də vurmuşdu,amma olsun sevgimə əngəl olmadı onun kobudluğu,axı müəllimin vurduğu yerdə gül bitərdi..Həm sinif rəhbərimiz,həm də kimya müəllimiz idi.Və mən müəllimliyi onun sayəsində sevmişdim,müəllim olacam deyirdim,kimya müəllimi.Evdə anama bəhs etmişdim bu haqda ki bəs kimya müəllimi olacam,anam narazılıq edirdi.İndidən artıq qərarlarıma qarışmağa başlamışdılar..Ax,mənim gözəl valideynlərim,sizi də qınamıram,sizin də öz travmalarınız vardı.Sovet düşüncə tərziylə böyüyən və yaşayan çarəsiz valideynlərimiz..

Və beləliklə illər ötməyə,mən dəyişməyə başlayırdim,həm bilik,həm də psixoloji baxımdan.2007 ci il idi artıq,9cu sinifdəydik.Durmadan oxuyurdum,ancaq dərs kitabları,imkan olduqca bədii ədəbiyyat,qəzetlər,jurnallar.Deməzdim o illərdə ədəbiyyata marağım çox olub,sadəcə oxumağı çox sevirdim..Bədii ədəbiyyat üzrə oxuduğum ilk əsər Dostoyevskinin Cinayət və Cəzası olub.Raskolnikov obrazını xatırlayıram təkcə,üstündən 14 il keçib,yenidən oxumamışam hələdə amma oxuyacam.Soruşan olsa indi o əsərlə bağlı heç bir fikir yürüdə bilmərəm,utandım lap.Aha dediyim kimi oxumağı çox sevirdim və qarşıma nə çıxdı oxuyurdum,qəribə bir hobbim var idi.Qəzetləri oxuyarkən nazir və yüksək vəzifədə işləyən insanların adların əzbərləyərdim sanki gələcəkdə lazım olacaqmış kimi.Sosial aktiv hobbilərimdən biri futbol idi,futbol oynamaq və futbola baxmaq.

Liseydə hamının demək olar futbola marağı var idi,istər şagirlər,istər müəllim və qrup rəhbərlərimiz.Coxumuzda Qalatasaray azarkeşi idik,bəzən düşündürdüm liseydə olan hamı Qalatasaray azarkeşidir,təbii ki elə deyildi.Arda Turanın sevilən vaxtları idi,mən də ona balet edirdim,adımın yanına Arda yazırdım tez tez,bəzən sinif yoldaşlarımdan,müəllim və qrup rəhbərlərimdən mənə Ardaya bənzədiyimi deyirdilər,amma mən elə düşünmürdüm,indidə ağlıma gələndə gülümsəyirəm,yəqin zarafat edirmişlər..Amma ümumi olaraq hamı mənə duygusal deyirdi,o vaxtdan artıq hiss olunurdu.Hətta Zəfər müəllim liseydən ayrıldığı dönəm yay fəslinə təsadüf etdi və biz hər yay düşərgəyə gedirdik.Bax o vaxt düşərgədən qayıdarkən mən və yaxın dostlarımdan biri çox kövrəlmişdik,yol boyu bizə göz yaşlarımız yoldaşlıq etmişdi.

Nəsə vaxt keçdi 9 cu sinif ortalarında üniversitet qrup seçimi başlarkən çox qərarsız idim və hansı qrupu və hansı ixtisası seçəcəyimi bilmirdim.O vaxtı YÖS imtahanının bərk gedən vaxtları idi ələxsusda lisey uşaqları üçün,mənimdə xəyalım Türkiyədə ya komputer mühəndisi ya da həkimliyi oxumaq idi.Komputer mühəndisliyi mənə çox yaxın idi,nəinki həkimlik,amma atam həkim olduğuna görə azca düşünürdüm evdəkilərin də yönləndirməsiylə.Amma bilmədim nə baş verdi 1ci qrupu seçdim,bu mövzunun ardına sonra toxunacam..

Lənkəranda böyüdüyüm üçün təbii ki lənkəranlı insanların adət ənənələriylə böyümüşdüm.Lənkəranda həmişə din məsələsi çox önəmli olub,ətrafımda,məhəlləmizdə dindar insanlar yetərincə vardı.Evimizə yaxın məscid də var.Məhərrəmlik ayında Aşura məclisləri keçirilir,Lənkəranda hamı bu məclislərdə iştirak edir,İmam Hüseyn (s) əzadarlığına qoşulurdular,belə bir mühitdə yaşıyıb,böyüdüm.Və artıq məndə yavaş –yavaş dinə maraq yaranırdı.Başladım dinə aid kitablar və jurnallar oxumağa,həm azərbaycan,həm türk mənbələrindən,zatən oxumaq mənim üçün dəyərli bir şeyə çevrilmişdi,yaşıdlarım artıq çöl həyatına uyğunlaşmağa çalışarkən,maşın sürməyi,siqaret çəkməyi,sevgili tapmağı öyrənərkən mən ancaq özümə qapanmış şəkildə ancaq oxuyurdum və bu hadisələrin hamısını liseydə yaşayırdım.

Çünki liseyi çox sevirdim,ordakı mühiti,dostlarımı,müəllim,qrup rəhbərlərimi.Bəzən elə olurdu günlərlə liseyin yataqxanasında qalırdım,orda sanki özümə aid bir dünya qurmuşdum və bəzən elə düşünürdüm ki həmişə liseydə qalacam ömrümün axırına kimi.Xəyal dünyamda elə yaşayırdım,hətta həyat haqqında belə düz-əməlli düşünə bilmirdim,dostumla bir dəfə söhbət edərkən demişdim ki,liseyi bitirəcik,4 il universitet,əsgərlik,iş tapmaq,evlənmək sonra ölmək. “Bu mu lan hayat”? eyni bu şəkildə.İndi düşünürəm də çox cılız düşünürəmmiş o yaşımda çünki sadaladığım şeylər səsləndikləri kimi önəmli şeylər deyil indi mənə görə.

Nəysə,dindən bəhs edirdim axı,marağım getdikcə artırdı,namaz qılmağı artıq düşünürdüm.Hər gün dini kitablar oxuyurdum və həddən artıq düşünürdüm Allahı,namazı,və gərgin hiss edirdim özümü çünki o vaxta qədər mənə yad mövzu və hisslər idi,təbii ki məlumat və anlayış vardı amma bu qədər qəlbən və əqlən yaxın olmamışdım bu mövzuya.Tez tez düşünürdüm ki,görəsən doğrumu edirəm yoxsa yalnış..

Və artıq düşündükcə daha dərinə gedirdim,yuxarı siniflərdən bir dostumla tez tez söhbət edirdik bu haqda,mənə deyərdi çox dərinə getmə,mənfi düşüncələri qaranlığa bənzədirdi,qaranlığın içində irəli getmək dahada qaranlığa aparır və dahada gərgin,çıxılmaz vəziyyətə salır adamı,çox düşünmək belə idi,adamı yorurdu.Bütün şəxsi inkişaf təlimlərində deyildiyi kimi,çox düşünmə,hərəkətə keç,düşünməkdən hərəktə keçdim..

Düşünürəm yazı məni aydınlığa çıxardacaq,bütün ruhumdakı pisliklərdən arındıracaq,məni yaxşı, gözəl insan edəcək,yazılarımla insanların yanında olmağa çalışacam,onlara azca da olsa faydam dəyəcəksə nə mutlu mənə..İnsanlara yaxşılıq etməyi,yaxşı,düzgün yaşamağı mənə lisey aşıladı,müəllim və qrup rəhbərlərim..Onlar mənim üçün qəhrəman olublar,onlar indi layiqi dəyəri görməsələr belə,haqsızlığa uğrasalar belə onlar tarixdə iz qoyublar və qoyacaqlar,çünki bir insanı cismən öldürmək mümkün ola bilər ama ruhən,düşüncə baxımından öldürmək mümkün deyil..

Bəzən bəziləri ilə aramda problemlər yaşandı lisey bitəndən sonra amma çox yaxşı fərqindəydim ki,bu yolda fərdlərə ilişib qalmaq anlamsızdı,çünki yolun müqqədəsliyi bunu problem etməyə əngəl idi..Bu dünyanı Cənnətə çevirən biz insanlarıq və məncə tanıdığım müəllimlər və qrup rəhbərlərim Dünyanın harasına gedirlərsə getsinlər,qəlbləri nə qədər qırıq olursa olsun,maddi və mənəvi nə qədər sıxıntılı olsalar belə onlar həmin yeri Cənnətə çevirəcəklər..Sizləri sevirəm..Cənnət sizi gözləyir ümid edirəm..

Hə belə..Ya dostumun sözü təsir etmədi yada mənim qəbul edicilərim dayanmışdı deyə durmadan düşünürdüm bu din məsələsin..Və artıq o qədər gərginlik yaşayırdım öz içimdə və bu içimdəkilərlə mübarizə aparırdım istəmədən,9cu sinif şagirdi üçün bu formada gərginlik məncə artıq idi..Və o gün gəlmişdi..Bu yaşıma qədər əziyyət çəkəcəyim,yuxusuz keçirdəcəyim gecələrin ilk gecəsi..Yata bilmədim həmin gecə səhərə qədər,qorxu və gərginlik dolu həmin kabus gecə..Bu hissədən çox bəhs etməyəcəm..Sadəcə o günlərdə liseyə getmədim və təkcə qrup rəhbərimlə danışırdım arada..Bu qədər..

Qayıdım ortadakı mövzuya,1ci qrupu seçdim,yay tətili oldu bitdi,yeni dərs dönəmi başladı.
Və artıq 10 cu sinif idim..Daha yaxşıydım,daha pozitiv idim..Bizim birinci qrup uşaqları bilirlər,çoxlu gülməli hadisələr yaşadıq və çoxunun baş rolunda mən idim..

10cu sinif boyu keçirilən sınaq imtahanlarında ortalama 450 bal yığırdım sonra anidən bal düşüncə atam narahat oldu və müəllimimlə danışdıqdan sonra qrupumu dəyişməyə qərar verdik,keçdim 3cü qrupa,sinif yoldaşımızın ballı-ballı təriflərindən sonra polis akademiyasına hazırlıq həvəsi yarandı bizdə..Onunla birgə 3 nəfər hazırlaşdıq..Halbuki öz içimdə bilirdim polislik mənə uyğun deyil xarakter baxımından,mən daha həssas idim,məndən yaxşı,səbrli müəllim çıxardı..Həyat elə gətirdi,ora qəbul ola bilmədim və lənkəran dövlət universitetinin ingilis dili müəllimliyi ixtisasına qəbul oldum..2009 cu il idi artıq..

Universitet vaxtı çox şeylər yaşadım bunu bilənlər bilir,çox danışmaq istəmirəm,ehiyacda görmürəm,amma onu deyə bilərəm özlüyümdən çıxdım..Allahdan uzaqlaşmalar yaşadım,siqaretə başladım,içki içdim,haram sevdalara meyilləndim,dibi yaşadım konkret olaraq,lisey dostlarımla,qrup yoldaşlarımla,tanıdığım hər kəslə problem yaşamağa başladım..

Amma mənə toxunan bir şey vardı,onlar elə bilirdilər ki mən bütün bunların hamısını şüurlu və bilərəkdən edirəm,halbuki tam tərsiydi,məndən asılı olmayan davranışlarım çox olurdu,məni heç kim anlayıb dəstək olmağa çalışmırdı,ancaq tənqid,qınaq,dava-dalaş..

Amma hamısıyla əlaqəm var indi,qınamıram heç kimi,insan zahirdə gördüyünə inanır,nəinki batində,insan bilmədiyi hər şeyin düşmənidir..
Belə..O periodu türklər demiş acısıyla-tatlısıyla yaşadım,bitdi o qaranlıq günlər mənim üçün..
Bu hekayəmi sonladırım yavaş-yavaş icazənizlə əziz insanlar,sonda onu deyə bilərəm ki,indi daha yaxşıyam,Allahlada aramı düzəldirəm yavaş-yavaş,rabitəmi daha güclü edib inşallah Ona daha yaxın olacam..

Sizlərə də bunu məsləhət görürəm,bir iki şeyi çıxmaqla dünyada bilinən,çox edilən,yayğın günahları etmişəm amma vallah inanın mənə,mənə də inanmırsızsa Allaha olan inamınıza sığınaraq deyirəm ki,bu günahların heç biri o deyil,tətmin olmaycaqsız,müqəqqəti fərqli ruh halında olacaqsız,amma reallığa qayıdanda yenə eyni şeylə üzləşəcəksiz,elə bir gücləridə yoxdur ki sizi tətmin edə bilsin,çünki Yaradan elə yaradıb bizi və sistemi belə qurub.Hansı surə və ayə olmasını dəqiq deyə bilmərəm,amma Qurani-Kərimdə deyilir ki,insanlar yalnız Allahı anmaqla,(zikr etməklə) qəlbləri aramlıq,rahatlıq tapa bilər..Yalnız və yalnız Allaha sığınmaq..

Bunu bütün aləmləri,canlıları,bizləri Yaradan Öz müqəddəs kitabında deyir,yəni bu belə olub,belə olur,belə olacaq..

İnsan bəzən 3 varlığın arasında qalır,Özü,Allah,Şeytan..Mən də bu seçim qarşısında qaldım.Mən Özümü və Allahı seçdim,Şeytandan uzaqlaşmağa başladım və Allahla addımlayarkən Şeytanın üz ifadəsi mənə maraqlıydı deyə dönüb arxaya baxdıqda isə orda Şeytan yoxuydu zifiri biri qaranlıq vardı,önümə baxdıqda isə uzun,çox nurlu,işıqlı bir yol...

03.08.2021Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031