manera.az
manera.az

Şahanə Müşfiqin povest və hekayələrdən ibarət kitabı çap olundu

📅 23.07.2021 10:34

Şahanə Müşfiqin povest və hekayələrdən ibarət kitabı çap olundu
Gənc yazar Şahanə Müşfiqin “Hərənin öz romanı” adlı povest və hekayələrdən ibarət yeni kitabı çap olunub.

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə çap olunan 200 səhifəlik kitabın redaktoru gənc yazar Şəfa Vəliyevadır.

Şahanə Müşfiqin bu kitabında yer alan “Qaranlıqlar günəşi” adlı povestində qadın zorakılığı, internatlarda böyüyən uşaqların naməlumluğun qoynuna atılması və sonrakı həyatları əsas mövzu kimi götürülüb. Yazıçı cəmiyyətin bu və bu kimi bir çox problemlərinə diqqət çəkir. Hekayələrində isə cəmiyyətdə mövcud olan müxtəlif ailədaxili problemlər əks etdirilir.


Baxış sayı - 716 | Yüklənmə tarixi: 23.07.2021 10:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031