manera.az
manera.az

Zəngəzur haqqında sənədli-tarixi roman nəşr edilib

Zəngəzur haqqında sənədli-tarixi roman nəşr edilib
Yazıçı Güllü Məmmədovanın "Oğurlanmış Zəngəzur" tarixi-sənədli romanı yenicə çapdan çıxıb. Kitab Zəngəzurun sovet dövründə Azərbaycandan alınıb Ermənistana verilməsinin xalqımıza qarşı böyük ədalətsizlik olması haqqında Ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə açılır.

Manera.az xəbər verir ki, "Zərdabi nəşr" MMC tərəfindən nəfis tərtibatda çap edilmiş romanda 1918-1920-ci illərdə Zəngəzurda və Qarabağda ermənilərin törətdiyi qanlı hadisələrdən, soyqırımlarından bəhs edilir. Eyni zamanda, el qəhrəmanları Sultan bəy və Xosrov bəy qardaşlarının, onların başçılıq etdiyi özünümüdafiə dəstələrinin şücaəti sayəsində Andranik Ozanyan, Karo Hambarsumyan, Njde Qaregin, Dro Kanayan və başqalarının məğlubiyyətə uğradılmasından söhbət açılır.

Filologiya elmləri doktoru, professor, yazıçı-publisist Ziyadxan Nəbibbəyli roman haqqında şərhində yazıb: "Romanda zəngəzurluların vətənə bağlılığı, döyüşkən ruhu, ermənilərlə ölüm-dirim savaşında onlara rəhbərlik etmiş - əslən Laçın rayonundan olan Sultan bəyin, qardaşı Qarabağın general-qubernatoru olan Xosrov bəyin vətən qarşısında fədakarlığı əsərin aparıcı xəttidir və tarixi məlumatlar səlis olaraq verilib".

Romanda, həmçinin, Qarabağın və Zəngəzurun fövqəladə komissarı olmuş Aslan bəy Sultanovun fəaliyyəti real hadisələr əsasında təsvir edilib, tarixdə adı və izi qalmış bu el qəhrəmanının mükəmməl obrazı yaradılıb. Əsərdə daşnaklarla mübarizədə misilsiz xidmətləri olan Çingiz İldırımın fəaliyyəti haqqında da söhbət açılır. 1920-ci ildə Qarabağı erməni işğalından qorumaq üçün əsgərləri ilə bu savaşda iştirak edən general Həbib bəy Səlimovun igidliyi, vətənpərvərliyi haqqında geniş məlumat verilir.

Yazıçı səkkiz fəsildən ibarət romanının hər fəslinin əvvəlində, təsvir edilən hadisələrə uyğun olaraq, ayrı-ayrı ziyalı, yazıçı, tarixçi, dövlət, ictimai-siyasi xadimlərin (Serqi Sadjaya, Napoleon, Şeyx Şamil, A.Frenklin, Mustafa Kamal Atatürk, Aleksandr Qriboyedov, Samuel Vims, Qolitsın) erməni xisləti haqqında bir-birindən xəbərsiz söylədikləri tarixi həqiqətləri ortaya qoyur və beləliklə də öz fikirlərini əsaslandırır.

Romanda ermənilərin öz qadınlarından çirkin siyasi niyyət üçün istifadə etməsi, plan baş tutmadıqda şərə-böhtana əl atması da əksini tapıb. Əsərdə Sovet hakimiyyəti dövründə Zəngəzur mahalının Ermənistana verilməsinn səbəbi tarixi faktlarla açıqlanır.

Qeyd edək ki, bu kitab çapa hazırlanarkən Qarabağ uğrunda Vətən müharibəsi Zəfərlə bitib, Şuşada Azərbaycan bayrağı dalğalanıb.

Xatırladaq ki, yazıçı Güllü Məmmədova bundan əvvəl "Qarabəkir əfsanəsi", "Kalbalı xan", "Qan işində işıq" tarixi-sənədli romanlarını qələmə alıb. "Qan içində işıq" Türkiyə türkcəsinə çevrilərək qardaş ölkədə nəşr edilib. G.Məmmədova "Mənim üçün varsan" adlı romanın, povest və hekayələrdən ibarət beş kitabın da müəllifidir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031