manera.az
manera.az

Gəncədə Beynəlxalq qadın film festivalı keçiriləcək

📅 30.06.2021 10:23

Gəncədə Beynəlxalq qadın film festivalı keçiriləcək
25-29 avqustda Gəncədə II Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək.

Manera.az xəbər verir ki, bu il üçün planlaşdırılan layihə daha geniş, beynəlxalq və yerli qonaqların iştirakı ilə keçiriləcək.

Covid-19 pandemiyası ilə əlaqədar ötən ilki festival yalnız onlayn film nümayişləri və regionlarda gənclər üçün film çəkilişi təlimləri ilə yekunlaşmışdı.

Xatırladaq ki, 2020-ci ildən fəaliyyət göstərən festival Aygün Rəşidova, Elmira Əzizxanlı, gənc rejissorlar Leyla Qəmbərli, Afaq Yusifli, Ülviyyə Əhmədova tərəfindən təsis olunub və ölkədə qadın mövzularına fokuslanan sənədli film festivalıdır. Festival Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən dəstəklənir.


Baxış sayı - 566 | Yüklənmə tarixi: 30.06.2021 10:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031