manera.az
manera.az

Bakıda Tofiq Quliyevin abidəsi ucaldılacaq - Sərəncam

📅 20.05.2021 02:00

Bakıda Tofiq Quliyevin abidəsi ucaldılacaq - Sərəncam
Prezident İlham Əliyev Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

Manera.az xəbər verir ki, sərəncam görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Ələkbər oğlu Quliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

Sərəncamla Bakı şəhərində görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin abidəsi ucaldılacaq.

Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət Nazirliyi ilə birlikdə Tofiq Quliyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Baxış sayı - 637 | Yüklənmə tarixi: 20.05.2021 02:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930