manera.az
manera.az

Necə yaşayaram sənsiz — sevgisiz | Rauf Pərfinin şeirləri

Necə yaşayaram sənsiz — sevgisiz | Rauf Pərfinin şeirləri
Rauf Pərfi - 1943-cü il 27 sentyabrda Daşkənd vilayətinin Yeniyol rayonundə anadan olub. Özbəkistan Xalq Şairi (1999), Məhmud Qaşqari adına Beynəlxalq Mükafatı (1989) və Türkiyə Dövlət Ədəbiyyat Mükafatı (1996) sahibi. “Karvan yolu” (1968), “Əks-səda” (1970), “Təsvir” (1973), “Yaddaşı” (1974), “Gözlər” (1976), “Dönüş” (1981), “Səbir Ağacı” ( 1986), “Sükut” (1991), “Tövbə” (2000) adlı kitabları çap olunub.

SƏNSİZ

Soyuq. Ətraf dəmir. Əlimi açdım,
Çiynimdən tökdülər isti qurğuşun…
Viranə bir yerdən göylərə qaçdım —
Ucuza aldılar Məcnunun başın.

Ey zalım izdiham, sənə nə gərək?
Anladım, cismimi, ruhumu bağlar.
Mənə bir vəhy gəldi, çırpındı ürək,
Əks-səda verdi müqəddəs dağlar.

Hüzurun zirvəsi. Dünya — xəbərsiz,
Axırı sən gəldin. Xəyala daldın.
Vadinin qoynunda səssiz-səmirsiz,
Asta addımlarla itdin, yox oldun.

Bilməm, hara getdin, harada qaldın,
Necə yaşayaram sənsiz — sevgisiz.



***
Sahildə tək özüm. Dəniz qaranlıq,
Yelkənsiz gəminin içində şübhəm.
Qorxu fısıltısı, boğazda zəhər.
Ağlım bir fəlakət hiss edir mübhəm.

İyrənc guruldayır solğun asiman,
Acı-acı ötür naməlum bir quş.
Yanımda bu qanlı bulağın səsi,
Qızılgüllər, sənin güllərin bihuş.

Firuzə və zümrüd güllər qırıldı,
Sən düşdün gəmidən. Karnay çaldılar.
Və gözəgörünməz əllər bu zaman,
Məni yerə yıxıb, qandalladılar.

Fəryad içindəyəm, atma gülünü,
Ayırma təklikdən — xoşbəxt qulunu.



***
Soldurma gülünü, İlahi, yansın,
Yer və göy baxsın göz yummadan bidar.
Zaman — böyük hakim. Ruhun oyansın,
Əsrlik ümidim — sən.Sən varsan.”Sən”— var.
Ravi nəyə lazım? Haqq və həqiqət!
Əsirlik zənciri parçalayıb at.

Vücudunu yaxsın ələmli fikrət,
Əyan həqiqətə, haqq yola başla.
Fürsət ötməkdədir. Zaman biaman,
Əmanət dünyada əmanət adam —
Vicdan şivəsi var, mehrabı iman —
Dəvət edir əsl insanı bu dəm.

Səmaya sancılıb qalan sözüm var,
Alovlar, çəmənlər içrə özüm var.

Uyğunlaşdıran: Rəhmət Babacan


(Şeirlərin orjinalı-özbək türkcəsində)

SENSIZ

Sovuq. Atrof temir. Qo‘limni ochdim,
Yelkamda chatnadi qaynoq qo‘rg‘oshin…
Vayrona qa’ridan ko‘klarga qochdim –
Arzonga oldilar Majnunning boshin.

Rahmsiz olomon, sizga ne kerak?
Angladim, jismimni ruhimni bog‘lar.
Vahiy keldi menga, chirpandi yurak,
Aks-sado berdi muqaddas tog‘lar.

Farog‘at zirvasi. Olam — bilgisiz,
Oxiri sen kelding. Xayolga tolding.
Vodiy og‘ushida so‘zsiz, belgisiz,
Asta odimlar-la ko‘zdan yo‘qolding.
Faqat qayga ketding, qaylarda qolding,
Oh, qanday yashayman sensiz — sevgisiz.


***
Sohilda bir o‘zim. Dengiz qorong‘u,
Yelkansiz kemaning ichinda shubham.
Vahima shiviri, bo‘g‘zimda og‘u.
Aqlim bir falokat sezadi mubham.

Rangi o‘chgan osmon xunuk g‘uldirar,
Achchiq chirqillaydi noma’lum bir qush.
Va yonimda qonli buloq chuldirar,
Atirgullar, sening gullaring behush.

Feruza, zumurrad gullaring payhon.
Oh, tushding kemadan. Karnay chaldilar,
Va ko‘zga ko‘rinmas qo‘llar shu zamon
Ag‘dardilar meni, kishan soldilar.

Faryodim ichimda, otma gulingni…
Otma, yolg‘izlikdan — baxtli qulingni.


***
So‘ldirma gulingni, ilohim, yonsin,
Yeru osmon ko‘rsin ko‘z yummay bedor.
Vaqt — ulug‘ hakam. Ruhing uyg‘onsin,
Asriy umidim — Sen. Sen borsan. Sen — bor.
Roviylar ne uchun? Haq va Haqiqat!
Asirlik zanjirin parchalab tashla.

Vujudingni yoqsin alamli fikrat,
Ayon haqiqatga, haq yo‘lga boshla.
Fursat o‘tmaqdadir. Vaqt bu — beomon,
Omonat dunyoda omonat odam –
Vijdon shevasi bor, mehrobi iymon –
Asl insonlarin chorlaydi bu dam.

Falakka sanchilib qolgan so‘zim bor,
Olovlar, chamanlar ichra o‘zim borБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031