manera.az
manera.az

Əlillik əngəl deyil - Zaur Cəfərov yazır

📅 15.05.2021 10:22

Əlillik əngəl deyil - Zaur Cəfərov yazır
Əlillik əngəl deyil..
Niyə olsun ki? Ola bilər ki, hamı görünüşcə və yaradılışca eyni olmasın. Çünki hərənin özünəməxsus dâxili âləmi, xarakteri, bacarığı və digər başqa xüsûsiyyətləri var. Ancaq hər bir insanın görünüşü də, özəlliyi bir-birindən nə qədər fərqlənirsə-fərqlənsin o, yaradılışca qüsursuz varlıqdır. Varlıq âləmi içində insan olmaq bir lütfdür.


İnsan həyata var edilir, o var edildiyi həyatda bəlli bir müddət yaşayır, yaşadığı müddət ərzində də ya çətinliklərlə, ya da rahatlıqlarla qarşılaşır. Sağlam, gümrah və fiziki cəhətdən heç bir məhdudiyyətin olmaması yaşamaq üçün ən önəmli âmillərdir. Ancaq insanlar arasında elələri də var ki, bu baxımdan müə̂yyən problemlərlə üz-üzə qalırlar.

Bu da onları bə̂zən digərlərindən təcrid olunmaq təhlükəsi ilə üz-üzə qoyur. Kimi dünyanın ən gözəl səslərini eşitməkdən, kimi, dünyanın gözəlliklərini görməkdən, kimi ürəyindən, beynindən keçənləri dilinə gətirməkdən, kimi həyat pillələrini addımlamaqdan və bunlar kimi neçə-neçə imkanlardan məhrum qalır. İnsan eşitməyə, görməyə, yeriməyə, əllərini hərəkət etdirməyə, övlad sâhibi olmaya bilər.

Ancaq bu onun üçün bir əngəl, həyatdan küsmək üçün bir səbəb olmamalıdır. Necə sağlam insanlar var ki, ona bəxş edilən bu cür nemətləri öz səriştəsizlikləri ucbatından hədər etmiş və puç olub getmişlərdir. Sağlığında və sağlamlığında öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyəndən daha zavallı kim ola bilər? O isə ağıl sâhibi olan həmin insanlardan əqli qüsurlu şəxslər qat-qat üstündürlər.

Qulaq təkcə quşların nəğməsini, suların şırıltısını, yağışın, küləyin səsini, məsum körpələrin gülüşünün səsini, böyüklərin xeyir-duasını eşitmədiyi kimi, dəhşətin, vəhşətin, fâciənin səsindən, yalandan, böhtandan, şərdən, əxlaqa sığmayan kəlməri eşitməkdən uzaq qalır.
Gözlər təkcə dünyanın gözəlliklərini, həyatın rənglərini görə bilmədiyi kimi, ağlasığmaz dəhşətləri, eybəcərlikləri, ikiüzlülükləri, mənfur əməlləri, bədniyyətlilərin sifətlərini görməkdən də uzaq qalır.

Dil isə həm də yalan, qəlbsındıran, söyüş, təhqir və fərqində olmadan yanlış kəlmələri söyləməkdən məhrum olur. Boşuna deməmişlər: “Qılınc yarası sağalar, söz yarası sağalmaz” deyə.

Ya ayaqlar. Necə insanlar var ki, etdiklərindən peşman olub “vay dizim qırılaydı” deyib özlərinə bəddua etmişlər. Onların halına düşməyənlər bu məqamda sevinməli deyillərmi?

Övlad sâhibi olmamaq əksiklik deyil, əksinə, bir az dərinliyə getsən, həm də xoşbəxtlikdir. Övladı nemətinin ən yaxşısı sâleh olanlardır. Ona qalsa övlad sâhibi olmaq təkcə kifâyət etməz. Çünki valideyn daim övladı üçün təlaş edib-durur. Onun gələcəyi üçün çırpındıqca bə̂zən yaxşılığı üçün zənn etdiyi şeylər tamâmən mənfi sonluqlarla nəticələnir. Ya övlad puç olur, ya da heç olur.

Valideynlik məqamına yüksəldilmişlər içində elələri var ki, övladlarının ucbatından başları aşağı olmuşdur. başqalarının üzünə baxmağa utanarlar. Bir də min bir əziyyətlə böyüdüb-başa çatdırdıqları övladları ya bir heç uğruna, ya da tâleyin hökmünə görə həyatdan köçüb gedər. Bu ata-anaların sinəsinə övlad dağı çəkilmiş olar. Hər iki halda da kimlər onların yerində olmaq istəyər?

Bir sıxıntı, ya da çətinlik baş verəndə, həmçinin həyatın məhdudiyyətli yükünü çiyinlərə daşıdıqda sızlamaq lazım deyil. Çünki bunlarsız olduğu kimi, bunlarla da pillələri addımlayıb zirvəyə çatmaq mükündür, özü də büdrəmədən. Bəzilərimizin çevrəsindəkilər buna çox gözəl nümunədir. Beləliklə, hamımızın onlara baxaraq əslində çıxarmalı olduğumuz bir ibrət dərsi vardır.

Məhdud insan sâdəcə sağlamlığı ilə məhdud ola bilər. Bacarıqları ilə isə aşılmaz səddləri belə aşar. O halda isə bizim üzərimizə də onları sıramızdan təcrid edilmiş vəziyyətdə qoymaq yox, əlimizi uzatmaqla mənəvi dəstək vermək düşər. Çünki onların içindən birinin bilgisi və dərrâkəsi çoxlarınkından qat-qat üstün və faydalı olar. Axı birlik həm də dirilikdir.

Zaur Cəfərov


Baxış sayı - 925 | Yüklənmə tarixi: 15.05.2021 10:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031