Yunus Əmrənin yeni divanı aşkar edildi

Yunus Əmrənin 200-ə yaxın şeirinin yer aldığı yeni divan tapılıb.
Manera.az xəbər verir ki, Vatikanın internet üzərindən paylaşdığı rəqəmsal kitabələrdə xalq ozanı Yunus Əmrənin əvvəllər üzə çıxmayan və təxminən 200 şeirdən ibarət olan yeni divanı ortaya çıxıb.
Vatikan Kitabxanası bir müddət əvvəl rəqəmsal türk əlyazmaları kolleksiyalarını onlayn olaraq paylaşarkən Mehmet Akif Ersoy Universitetinin Yeni Türk Ədəbiyyatı Fakültəsinin mütəxəssisi Dr. Himmet Büke Yunus Əmrəyə aid təxminən 200 şeirdən ibarət yeni bir divan təsbit edib. O, tapılan divanın 2 kitabda toplanaraq, 2 ay ərzində oxuculara təqdim ediləcəyini qeyd edib.
gazeteduvar.com.tr