manera.az
manera.az

Yunus Emrə İnstitutu “ Qələmsiz yazılanlar"ın təqdimatını keçirdi - Fotolar

Yunus Emrə İnstitutu “ Qələmsiz yazılanlar"ın təqdimatını keçirdi - Fotolar
Yanvarın 15-də Bakıdakı Yunus Emrə İnstitutunda şair-publisist Rəşad Məcidin Türkiyədə nəşr olunan “ Qələmsiz yazılanlar” kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimini Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir açaraq bu ilin ilk tədbirinin tanınmış yazar Rəşad Məcidin “Qələmsiz yazılanlar” kitabına həsr olunmasından məmnunluq duyduğunu bildirib və müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.

Türkiyənin ölkəmizdəki səfirliyinin müşaviri İrfan Çiftçi türk və Azərbaycan xalqları arasındakı bağlılıqdan, eləcə də gənc ədəbi qüvvələrlə əvvəlki ədəbi nəslin əlaqələrinin yaranması və inkişafında müəllifin rolundan danışıb, qardaş ölkədə nəşr olunan kitabı müasir dövrün yaratdığı yeni janr nümunəsi kimi dəyərləndirib.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla deyib ki, “Qələmsiz yazılanlar” həm ədəbiyyat, həm incəsənət, həm də ümumən ictimai fikir üçün çox maraqlıdır və mühüm əhəmiyyət daşıyır. Kitabı, bir növ, ictimai düşüncənin panoramı hesab etmək olar.

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov kitabda dərc olunanlardan maraqlı misallar gətirərək deyib ki, “Qələmsiz yazılanlar” yeni bir ədəbiyyat mücadiləsi açıb. Həyatın ayrı-ayrı lövhələrini canlandıran kitabdakı cümlə-statuslarda hadisələrə yumor hissi ilə yanaşılır. Maraqlıdır ki, bu yumor hissindən müəllif özü də kənarda qalmır. Əslində kitabda toplananlar sosial şəbəkənin materialları olsa da, həm də ona etiraz notları da var.

Şair Əjdər Ol publisistin yeni kitabını ədəbi mühitdə yenilik kimi dəyərləndirib. O bildirib ki, 10 ildən çox zaman kəsiyini əhatə edən və müəllifin həmin müddətdə sosial şəbəkələrdə yazdığı statuslar son dərəcə maraqla oxunur və arzu edək ki, bu silsilədən onun qələmə aldıqları davamlı olacaq.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov və başqaları müəllifin yaradıcılığı, o cümlədən yeni nəşr olunan kitab haqqında fikirlərini bildiriblər.

Sonra şair-publisist Rəşad Məcid çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

MANERA.AZ təqdimatdan fotolar təqdim edir:

Yunus Emrə İnstitutu “ Qələmsiz yazılanlar"ın təqdimatını keçirdi - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728