manera.az
manera.az

"Səhnədən səngərə" layihəsinə start verilir

📅 09.05.2021 13:25

"Səhnədən səngərə" layihəsinə start verilir
Tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində xalqımızın minlərlə övladı ilə bərabər mədəniyyət işçiləri də iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanlar sırasında səkkiz nəfər mədəniyyət işçisi var.

Mədəniyyət Nazirliyi ötən ilin Vətən müharibəsində şəhid olmuş qəhrəman mədəniyyət işçilərinin xatirəsini əbədiləşdirmək məqsədilə "Səhnədən səngərə" layihəsinə start verir.

Nazirlikdən Manera.az-a bildirilib ki, layihə çərçivəsində şəhid mədəniyyət işçilərimiz haqqında videoçarxlar hazırlanacaq. Videomateriallarda onların yarımçıq qalan həyat yolu, sənət-peşə fəaliyyəti, döyüşlərdə göstərdiyi şücaət əks olunacaq. Beş dəqiqə müddətində nəzərdə tutulan hər bir videoçarxda şəhidlərin ailə üzvlərinin, yaxınlarının, iş yoldaşlarının, vaxtilə çalışdıqları tədris ocağlarındakı şagirdlərinin ürək sözləri qısa müsahibələr şəkində təqdim olunacaq.


Baxış sayı - 517 | Yüklənmə tarixi: 09.05.2021 13:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930